Azərbaycan Rusiyadan yük avtomobili alıb, balıq satacaq - SAZİŞLƏR İMZALANDI
Moskva şəhərində keçirilən X Rusiya – Azərbaycan regionlararası forum çərçivəsində ikitərəfli sənədlər imzalanıb.
Azərbaycan ilə Rusiya hökumətləri arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Sazişi Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Rusiya Elm və Ali Təhsil nazirinin müavini Marina Borovskaya tərəfindən imzalanıb.
Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov və Rusiya – Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik turizm sahəsində əməkdaşlıq və turizm alyansınin təsis olunmasına dair Saziş imzalayıblar.
Azərbaycan Turizm Agentlikləri Asosiasiyası ilə “Delovaya Rossiya” Ümumrusiya İctimai Təşkilatı arasında əməkdaşlığa dair Saziş imzalanıb.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatı arasında əməkdaşlığa dair Memorandumu ASK-nın prezidenti Məmməd Musayev və təşkilatın vitse-prezidenti Eduard Ömərov tərəfindən imzalanıb. Həmçinin “Opora Rossii” ilə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında da əməkdaşlığa dair Memorandum imzalanıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) ilə “Gazprombank” arasında tərəfdaşlığa dair Saziş AzPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev və Bankın vitse-prezidenti Andrey Savçenko tərəfindən imzalanıb.
Forumun plenar iclasında həmçinin “Azərmaş” ASC ilə “Rosselmaş” kombayn zavodu arasında əməkdaşlığa dair Memorandum imzalanıb. "Gəncə Avtomobil Zavod"u ilə “Ural Avtomobil Zavod”u arasında 7,8 milyon dollar məbləğində “Ural” yük avtomobilin tədarükünə dair çərçivə Sazişi imzalanıb.
Bundan başqa Azərbaycanın “Nabucco” şirkəti ilə Rusiyanın “Neopark” MMC arasında Azərbaycanda mexanik və robot təchizatlı parkinqlərin salınması üçün müvafiq avadanlığın tədarükü barədə razılaşma əldə edilib.
“Azproduct” MMC ilə “Velrıbprom” MMC arasında imzalanan Saziş çərçivəsində 2,34 milyon dollar məbləğində 3 min ton dondurulmuş balıq Rusiyaya ixrac olunacaq.
“Ultra Technologies” şirkətilə Rusiyanın “Digital Design” QSC arasında əməkdaşlığın perspektivinə dair Bəyannamə imzalanıb.
“Karvan-L” MMC ilə Dərbənd şəhər meriyası arasında sərmayə layihəsinin yerinə yetirilməsinə dair Saziş imzalanıb.
Forumun plenar iclasında Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası “Business Dialogue Media” nəşriyyat və kommunikasiya qrupu ilə də əmədaşlığa dair sənədi imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
























