"İnsanlar BOKT-larda daha isti münasibət görürlər" - MÜSAHİBƏ
"Regionda kiçik sahibkarlığa başlamaq istəyən insanlar ilk növbədə BOKT-lara müraciət edir. Biz vaxtaşırı müştərilərimizlə sorğular aparırıq və böyük qism qeyd edir ki, onlar BOKT-larda daha isti münasibət görürlər və sanki “öz evimizə gəlirik” deyirlər".
Azərbaycan Mikromaliyyə Assosiasıyasının İdarə Heyətinin üzvü Aynur Əliyevanın "Marja"ya müsahibəsi
- Azərbaycanda mikromaliyyə 1996 ci ildən etibarən regionlarda bank xidməti məhdud olduğu üçün əhalinin yeganə alternativ maliyyə xidməti kimi mövcud olub. Bununla bağlı Bank olmayan Kredit Təşkilatı “Viator Mikrokredit” MMC-nın İdarə Heyətinin sədri və eyni zamanda Azərbaycan Mikromaliyyə Assosiasıyasının İdarə Heyətinin üzvü kimi şərhinizi öyrənmək istərdik?
- Bu fikir ilə tam razıyam və əminliklə deyərdim ki, mikromaliyyə - sosial əhəmiyyətli maliyyədir.
Bldiyiniz kimi, bütün dünyada və həmçinin, Azərbaycanda mikromaliyyə, xüsusən mikro və kiçik sahibkarlıq ilə məşğul olan, yeni fəaliyyət yaratmaq üçün ilkin maliyyə dəstəyi axtaran, maliyyə əldə etmək üçün kifayət qədər girovu olmayan və ya depozit ediləcək heç bir girovu olmayan, sahibkalıqda çox az təcrübəsi olan və buna görə də kiçik məbləğdə maliyyə dəstəyi axtaran və ümumilikdə əksər hallarda bankların müştəri kriteriyasına uyğun gəlməyən əhaliyə xidmət edən qurumdur.
Tarixə nəzər salsaq, məsələn, elə həmin 1996-cı ildən başlayaraq, bankların regionlarda filialları, xidmət ofisləri olmayan bir dövrlərdə, mikromaliyyə qurumları regionlarda kənd təsərrüfatı üçün və digər xidmət sahələrinə kiçik kreditlər, “startup” üçün maliyyə dəstəkləri, qeydiyyatı ünvanı olmayan, həmçinin girova qoymaq üçün mikromaliyyə qurumları fəaliyyətlərini getdikcə artırmaqdadır və öz müştəri kontingentinə yüksək səviyədə xidmətini inkişaf əmlakı olmayan qaçqın və məcburi köçkünlərə maliyyə xidməti göstəriblər. Bu gün də etdirməkdədir.
Rəhbərlik etdiyim bank olmayan kredit təşkilatı 1999-ci ildən bu günədək ölkəmizin Qərb bölgəsində fəaliyyət göstərir. Bizim təşkilatın əsas məqsədi aztəminatlı ailələrin həyat keyfiyyətini artırmaq üçün iqtisadi cəhətdən fəal, lakin imkansız insanlara kömək etməklə onların gəlirlərinin artırılmasına dəstək olaraq xidmət göstərməkdir.
- Ölkəmizdə bir çox böyük nüfüzlü və şəffaf xidmət göstərən banklar olduqdan sonra kredit təşkilatlarına və ya digər mikromaliyyə qurumlarına nə ehtiyac var?
-Banklar daha çox iri maliyyələşmələrə diqqət yetirirlər və onlar böyük gəlirli biznes sahələrini maliyyələşməsində maraqlıdırlar, halbuki BOKT-lar kiçik maliyyə xidmətlərində böyük təcrübəyə malikdirlər. Fikrimi əsaslandırmaq üçün müqayisəli bir neçə məqamı vurğulamaq istərdim:
- BOKT-ların əsas məqsədi sahibkarlıq fəaliyyətinə mikrokredit verib, sonra müştərisinin inkişafına dəstək olub onun biznesinin böyüməsini və uğurlu olmasını ərsəyə gətirməkdir;
- Bankların bir çox çeşidli müştəri xidmətləri var, BOKT-ların isə əsas etibarı ilə mikrokreditlərdir. BOKT öz müştərilərini demək olar ki, hamısının biznes fəaliyyətini yaxından tanıyır və daha çox diqqət göstərir;
- BOKT-ların regionlarda daha çox filialları və xidməti ofisləri var və bu da o deməkdir ki, kəndlərdə kənd təsərrüfatı və ya digər kiçik sahibkarlıqla məşğul olan insanların maliyyə xidmətlərinə çıxışları mövcuddur və seçim etmək imkanları var;
- BOKT-lar xidmət etdiyi insanlar xüsüsən aztəminatlı əhalidir, banklar isə daha çox iri maliyyələşmələrdə böyük kredit portfelinə xidmət edirlər;
- BOKT-larda məhsul (xidmət növü) sahəsi məhdud olduğu üçün büroktratizm demək olar ki, yoxdur, insanlara daha çevik xidmət göstərilir;
- BOKT-lar daimi və ya təkrar müştərilərə xüsusi güzəştlər edirlər;
- BOKT-ların, misal olaraq "Viator"u demək istərdim, maliyyə xidmətləri ilə bağlı digər sosial xidmətləri də var, məsələn maliyyə savadlılığı təlimləri, sahibkarlar üçün vergi ödənişləri ilə bağlı seminarlar, “öz biznesini başla və yaxşılaşdır“ təlimləri. Bu təlimləri məsələn, "Viator"un Təlim Mərkəzi öz müştərilərinə ödənişsiz keçir;
- Regionda kiçik sahibkarlığa başlamaq istəyən insanlar ilk növbədə BOKT-lara müraciət edir. Biz vaxtaşırı müştərilərimizlə sorğular aparırıq və böyük qism qeyd edir ki, onlar BOKT-larda daha isti münasibət görürlər və sanki “öz evimizə gəlirik” deyirlər.
- BOKT-ların müştərilərin kredit tarixçəsinin yaranmasında, kredit mədəniyyətinin formalaşmasında böyük rolu olmasını qeyd edərdim ki, bu da son məqamda onların inkişaf edərək yaxşı bank müştərisinə çevrilməsinə gətirib çıxarır;
İlk dəfə maliyyə qurumu kimi BOKT ilə təmasda olan müştəri sonrakı addımlarda bankda hesab açır, köçürmə edir, depozit qoyur və digər bank məhsullarından istifadə etməyə başlayır.
- Hazırda mikromaliyyə sektorunda müştərilərin şikayətlərinə baxılma mexanizminin təkmilləşdirilməsi istiqamətində işlər görülür?
-Artıq 20 ildən çoxdur ki, biz davamlı olaraq kiçik sahibkarlığın inkişafına dəstək olaraq, bir çox insanlara ailə təsərrüfatı yaratmaqda, kiçik biznes qurmaqda və sonralar orta həcmli sahibkar olmağa dəstək olmuşuq. 2015-ci ildə “Viator Mikrokredit” Müştəri müdafiəsi üzrə “SMART Campaign” adlı müsabiqədə sertifikat qazanmışdır. Bizi kimi digər bir neçə bank olmayan kredit təşkilatı da bu sertifikatı uğurla qazanmışlar.
Mikromaliyyə qurumları müştərinin qorunmasında çox maraqlıdırlar. Bu səbəbdən mikromaliyyə qurumlarının maliyyə dəstəyi və göstərdiyi xidmətdən əldə edilən müştərinin uğurlu inkişafı sosial rifahın artmasının mühüm göstəricidir.
- "Viator Mikrokredit" təşkilatının müştəriləri arasında sahibkarlıq fəaliyyətinə başlayanlarla bağlı statistika aparırmı?
-Əlbəttə, bu məlumatı hər bir mikromaliyyə təşkilatı öz səhmdarlarına və investorların təqdim edir. "Viator" 20 il ərzində təxminən 35 faiz müştərilərin sahibkarlıq fəaliyyətində yeni iş yeri açmalarına və inkişaf etdirmələrinə nail olub.
Yuxarıda göstərilən amillər mikromaliyənin sosial maliyyə olduğunu bir daha təsdiqləyir.
- “Qlobal Məqsədlər” kimi də tanınan DİM-lər Minilliyin İnkişaf Məqsədlərinin (MİM-lər) əldə etdiyi nəticələrə əsaslanır və daha da irəli gedərək, yoxsulluğun bütün formalarının aradan qaldırılmasını hədəfləyir. Mikromaliyyə təşkilatlarının fəaliyyətində DİM-lərinə çatmasına necə dəstəkəyir?
-Mikromaliyyə qurumları öz fəaliyyətləri ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə birbaşa olaraq "Məqsəd 1: Yoxsulluğa son", "Məqsəd 5: Gender bərabərliyi", "Məqsəd 8: Layiqli əmək və iqtisadi artım", "Məqsəd 10: Bərabərsizliyin azaldılması" məqsədlərin həyata keçirilməsinə xüsusi töhfə verir.
- Müsahibə üçün təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 12 saat əvvəl
-
12 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
13 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb















