Buğdada xaricdən asılılığımız artır – 2 AYDA 108 MİLYONLUQ İDXAL
2019-cu ilin 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən 294 milyon 984 min dollar dəyərində 1 milyon 371 min ton buğda idxal olunub.
“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, təkcə oktyabrda 54 milyon 237 min dollarlıq buğda idxal edilib. Sentyabrda isə 54 milyon 534 min dollar dəyərində 260 min ton buğda idxal edilmişdi. Beləliklə, son 2 ayda 108 milyon 771 min dollarlıq buğda idxal edilib.
Cari ilin 9 ayındada Azərbaycana 240 milyon 747 min dollar dəyərində 1 milyon 113 min ton buğda idxal edilmişdi.
2018-ci ilin 10 ayında isə Azərbaycana 176 milyon 5 min dollar dəyərində 939 min 22 ton buğda idxal edilmişdi. 2018-ci ilin 10 ayı ilə müqayisədə 2019-cu ilin 10 ayında buğda idxalı dəyər ifadəsində 118 milyon 979 min dollar, miqdar ifadəsində isə 431 min 999 ton çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 385,9 min ton təşkil edib.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
3 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
4 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
5 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib



















.jpg)









