Ağ Evdə Türkiyə və ABŞ Prezidentləri mətbuat konfransı keçiriblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda – Ağ Evdə birgə mətbuat konfransı keçiriblər.
Jurnalistlərlə görüşdən əvvəl Prezidentlərin rəhbərliyi ilə hər iki ölkəni təmsil edən geniş tərkibli heyətlər işçi naharında bir araya gəliblər. Sonra dövlət başçıları birlikdə ABŞ senatının üzvləri ilə görüşüblər.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, görüşdə Suriya böhranını gözdən keçiriblər. Tərəflər Yaxın Şərqdə sülhsevər və azad vəziyyət yaratmağı hədəfləyirlər. Donald Tramp qeyd edib ki, Türkiyə tərəfinin Rusiyadan aldığı S-400 kompleksi ilə bağlı danışıqlar davam edəcək.
Səfərin nəticələrini yüksək dəyərləndirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və ABŞ Suriyada sülhə nail olmaq üçün əməkdaşlığı davam etdirə bilərlər. PKK/YPG terror təşkilatları Türkiyə-ABŞ arasında təhlükəsizlik bölgə məsələsində əldə etdikləri razılaşmaya zərbə vurmaq üçün silahlı təxribatlar törətməkdə davam edirlər. Bütün bunlara baxmayaraq, Türkiyənin Suriya ərazisində həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatı uğurlu nəticələr verməkdədir. Türkiyə heç bir milli və dini ayrıseçkiliyə yol vermədən ancaq terror təşkilatları ilə mübarizə aparır.
ABŞ Konqresi Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qəbul etdiyi qətnamənin Türkiyəni ciddi narahat etdiyini diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, onun ölkəsi dialoq tərəfdarıdır və erməni tərəfinə ortaq komissiya yaratmaq təklifini qüvvədə saxlayır. Tarixçilər Türkiyə Silahlı Qüvvələrinin arxivindəki 1 milyondan çox sənədi birgə araşdıra bilərlər. Prezident, həmçinin FETÖ və İŞİD terror təşkilatları, eləcə də qaçqınlar məsələsi, terrorçuların öz ölkələrinə deportasiya edilməsi ilə bağlı vəziyyətdən də bəhs edib. Qeyd olunub ki, Türkiyə qəti şəkildə FETÖ-nun ABŞ-dakı mövcudluğuna son qoyulmasını tələb edir.
Dövlət başları diqqətə çatdırıblar ki, tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard ABŞ dolları məbləğinə çatdırılmasını hədəfləyir. Bundan başqa, Türkiyənin NATO üçün önəmli bir tərəf olduğu vurğulanıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda səfər edib. Səfərin əsas məqsədi Suriya böhranı və ondan doğan məsələlər, o cümlədən Türkiyənin təhlükəsizliyi ilə bağlı məsələləri həll etməkdir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 15 d. əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
5 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
5 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
6 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı

























