Kapital Bank növbəti beynəlxalq Kənd Təsərrüfatı Forumuna qatılıb
(®) Kapital Bank ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan Missiyasının birgə təşkilatçılığı ilə 6-8 noyabr tarixlərində ABŞ-ın Oklahoma Siti şəhərində keçirilən Birinci Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumunda iştirak edib. Tədbirə Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.
Forum ən yaxşı təcrübələri bölüşmək, Azərbaycan və Amerika Birləşmiş Ştatlarının kənd təsərrüfatı sahəsində əməkdaşlıq və investisiya imkanlarını araşdırmaq üçün özəl sektordan olan mütəxəssislər, kənd təsərrüfatı məhsulları istehsalçıları, habelə Oklahoma və Azərbaycanın dövlət sektorundan kənd təsərrüfatı sahəsində çalışan məsul şəxsləri bir araya gətirib. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab İnam Kərimovun başçılıq etdiyi Azərbaycanın nümayəndə heyətinin Oklahoma ştatında yerləşən bir sıra tədqiqat institutları, Oklahoma Dövlət Universiteti və ixtisaslaşmış mərkəzlərdə görüşləri keçirilib.
“Oklahoma ştatının maldarlıq sahəsində sürətli inkişaf edən iqtisadiyyat olduğunu diqqətə alaraq, forum məhz bu sahəyə, eləcə də südçülük, qida təhlükəsizliyi və digər mövzulara həsr edilib. Forumda kənd təsərrüfatı sahəsində çalışan fermerlər və təhsil mərkəzləri arasında yaranan əlaqələr ətrafında müzakirələr aparılıb. Kapital Bank Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq, ölkəmizin qeyri-neft sektorunun inkişafı və investisiya imkanlarını təşviq edən bu tip platformaları bundan sonra da dəstəkləyəcək”, - deyə, Kapital Bank-ın Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.
Qeyd edək ki, Kapital Bank iştirak etdiyi USACC-nin Azərbaycanla ABŞ-ın ayrı-ayrı ştatları arasında kənd təsərrüfatı sahəsində birbaşa ticarət və biznes əlaqələrinin inkişaf etdirilməsi proqramı çərçivəsində həyata keçirilən sayca ikinci forumdur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 d. əvvəl
-
-
2 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 5 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
-
1 gün əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Müharibə İraqln neft hasilatını vurdu – İstehsal 60% azalıb
Neftin qiyməti 108 dolları keçdi
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
Ən çox oxunanlar
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub























