Daha bir bankın vəziyyəti məlum oldu - KİÇİLİB, ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Bank Avrasiya” ASC 2019-cu ilin yanvar – sentyabr (9 ay) dövrünü 5 milyon 926 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. “Bank Avrasiya” ASC 2019-cu ilin yanvar – sentyabr dövrünü 2 milyon 674 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəət əvvəlki dövrlər mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan azadolma hesabına kəskin artıb. Bankın cari biznes fəaliyyətinin nəticəsini daha dəqiq göstərən əməliyyat mənfəəti azalıb. Səbəb müştərilərə veilən kreditlərin azalması ilə faiz gəlirlərinin də azalmasıdır.
FAİZ GƏLİRLƏRİ AZALIB
“Marja” Bankın rüblük maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Bank Avrasiya”nın faiz gəlirləri 689 min manat və ya 7,6% azalaraq 8 milyon 409 min manat təşkil edib. Bank 2018-ci ilin yanvar-sentyabr dövründə 9 milyon 98 min manat faiz gəliri əldə etmişdi.
2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Bank Avrasiya”nın qeyri-faiz gəlirləri isə 240 min manat və ya 24% artaraq 1 milyon 242 min manat təşkil edib. Bank 2018-ci ilin yanvar-sentyabr dövründə 1 milyon 2 min manat qeyri-faiz gəliri əldə etmişdi.
Faiz gəlirlərinin daha çox azalması qeyri-faiz gəlirlərindəki artımı silib. 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Bank Avrasiya”nın cəmi gəlirləri 449 min manat azalaraq 9 milyon 651 min manat təşkil edib. Bank ötən ilin 9 ayında 10 milyon 100 min manat cəmi gəlir əldə etmişdi.
2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Bank Avrasiya”nın faiz xərcləri 227 min manat və ya 11% azalaraq 1 milyon 840 min manat, qeyri-faiz xərcləri isə 199 min manat artaraq 3 milyon 586 min manat təşkil edib.
2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Bank Avrasiya”nın cəmi xərcləri 28 min manat azalaraq 5 milyon 425 min manat təşkil edib. Bank ötən ilin 9 ayında 5 milyon 453 min manat xərc çəkmişdi.
ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
Cəmi gəlirlərin 449 min manat azalması ilə bərabər cəmi xərclərin 28 min manat azalması nəticəsində “Bank Avrasiya”nın əməliyyat mənfəəti 421 min manat azalaraq 4 milyon 226 min manata düşüb. Ötən ilin 9 ayında əməliyyat mənfəəti 4 milyon 647 min manat təşkil etmişdi.
2019-cu ilin yanvar-sentyabr dövründə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan 1 milyon 699 min manat olub və “Bank Avrasiya”nın mənfəəti 5 milyon 926 min manata yüksəlib. Bank ötən ilin eyni dövründə 4 milyon 647 min manat əməliyyat mənfəətinin 1 milyon 973 min manatını ehtiyata ayırdığından mənfəəti 2 milyon 675 min manata düşmüşdü.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR AZALIB
“Bank Avrasiya” 30 Sentyabr 2019-cu il tarixində 164 milyon 387 min manat cəmi aktivlərə malik olub, aktivlərin 90 milyon 39 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Ötən ilin eyni tarixində Bankın cəmi aktivləri 164 milyon 765 min manat, o cümlədən müştərilərə verilən kreditlər 92 milyon 547 min manat təşkil etmişdi. Bankın cəmi aktivləri 378 min manat, kredit portfeli isə 2 milyon 509 min manat və ya 2.7% azalıb.
DEPOZİTLƏR AZALIB
30 Sentyabr 2018-ci il tarixi ilə müqayisədə Bankda depozitlər 6 milyon 808 və ya 12,7% azalaraq 46 milyon 888 min manata düşüb. Bankda fiziki şəxslərin depozitləri 10 milyon 460 min manat azalaraq 37 milyon 974 min manata geriləyib.
CƏMİ KAPİTALI ARTIB
30 Sentyabr 2019-cu il tarixində “Bank Avrasiya” 70 milyon 100 min manat cəmi kapitala malik olub. Ötən ilin eyni tarixində cəmi capital 61 milyon 508 min manat təşkil etmişdi. Artımın səbəbi xalis mənfəətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 d. əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
-
9 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
-
2 saat əvvəl
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Ən çox oxunanlar
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Bank aviabilet alır - TENDER
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Sıfır xərclə ticarət mümkündür?
















