Aktivləri 4 milyard manatı aşıb, 100 milyona yaxın mənfəət əldə edib
“Kapital Bank” ASC 2019-cu ilin 9 ayını 99 milyon 654 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2018-ci ilin eyni dövründə 71 milyon 92 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə, Bankın xalis mənfəəti 28 milyon 562 min manat və ya 40,2% artıb.
“Marja” Bank maliyyə hesabatına istinadən xəbər verir ki 2019-cu ilin yanvar-sentyabr dövründə “Kapital Bank” cəmi gəlirləri 407 milyon 203 min manat (faiz gəlirləri 293 milyon 929 min manat, qeyri-faiz gəlirləri 113 milyon 274 min manat), cəmi xərcləri isə 200 milyon 984 min manat (faiz xərcləri 50 milyon 513 min manatı, qeyri-faiz xərcləri 150 milyon 471 min manatı ) təşkil edib. Xərclər gəlirlərdən çıxıldıqda Bankın 206 milyon 219 min manat əməliyyat mənfəəti qalıb.
2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə “Kapital Bank”ın cəmi gəlirləri 62 milyon 416 min manat və ya 18,1%, cəmi xərcləri isə 22 milyon 560 min manat və ya 12,6% artıb.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr dövründə “Kapital Bank”ın cəmi gəlirləri 344 milyon 787 min manat (faiz gəlirləri 234 milyon 57 min manat, qeyri-faiz gəlirləri 110 milyon 730 min manat), cəmi xərcləri 178 milyon 424 min manat (faiz xərcləri 57 milyon 782 min manat, qeyri-faiz xərcləri 120 milyon 642 min manat) təşkil etmişdi. Xərclər gəlirlərdən çıxıldıqdan sonra Bankın 166 milyon 363 min manat əməliyyat mənfəəti qalmışdı.
2019-cu ilin yanvar-sentyabr dövründə “Kapital Bank”ın əməliyyat mənfəəti 206 milyon 219 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 80 milyon 484 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb, həmçinin 26 milyon 80 min manat mənfəət vergisi ödəyib. Nəticədə, “Kapital Bank” cari ilin 9 ayını 99 milyon 654 min manat xalis mənfəət ilə bağlayıb.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 Sentyabr 2019-cu il tarixində “Kapital Bank” ASC 4 milyard 7 milyon 548 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 1 milyard 721 milyon 511 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Ötən ilin sonunda Bank 3 milyard 716 milyon 480 min manat cəmi aktivlərə malik idi və aktivlərin 1 milyard 500 milyon 888 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi.
"Kapital Bank”ın cəmi aktivləri ilk dəfə 2019-cu ilin 3-cü rübündə 4 milyard manat səviyyəsini keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 d. əvvəl
Nizami City-dən möhtəşəm kampaniya: mənzil alan qazanır - FOTO / VİDEO
-
- 16 d. əvvəl
- 29 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb
-
8 saat əvvəl
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
-
20 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
20 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
20 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan İrana 30 tona yaxın qida məhsulları göndərib
Rəsmi məzənnələr açıqlandı
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Ən çox oxunanlar
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
Martın 10-da gözlənilən hava şəraiti
Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşlar bərpa edilib
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır





















