Beynəlxalq Bank “müalicə”dən sonra - BANKIN SON VƏZİYYƏTİ AÇIQLANDI
Dövlətin dəstəyi ilə sağlamlaşdırılan “Azərbaycan Beynəlxalq Bankı”nın faiz, qeyri-faiz gəlirləri, əməliyyat mənfəəti və xalis mənfəəti artıb.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 2019-cu ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 322 milyon 987 min manat xalis mənfəət ilə başa vurub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 1,2% artıb. Belə ki, “Azərbaycan Beynəlxalq Bankı” 2018-ci ilin 9 ayını 319 milyon 128 min manat xalis mənfəət ilə bağlamışdı.
“Azərbaycan Beynəlxalq Bankı”nın gəlirlərinin artması ilə bərabər faiz xərclərinin azalması diqqəti cəlb edir.
“Marja” Bankın rüblük maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-sentyabr dövründə “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi gəlirləri 434 milyon 529 min manat, cəmi xərcləri isə 184 milyon 860 min manat təşkil edib. Nəticədə Bankın 249 milyon 669 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 73 milyon 317 min manatın azad olması mənfəətin 322 milyon 987 min manata yüksəlməsini təmin edib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 9 ayında “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi gəlirləri 389 milyon 582 min manat, cəmi xərcləri 173 milyon 20 min manat, əməliyyat mənfəəti isə 216 milyon 562 min manat təşkil etmişdi. Həmin dövrdə ehtiyatdan 102 milyon 567 min manatın qayıtması hesabına mənfəət 319 milyon 128 min manata yüksəlmişdi.
Beynəlxalq Bankın cəmi gəlirləri 44 milyon 947 min manat və ya 11,5%, cəmi xərcləri isə 11 milyon 840 min amat və ya 6,8% artıb. Gəlirlərin xərclərdən daha çox artması bu il “Azərbaycan Beynəlxalq Bankı”nın əməliyyat mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə 33 milyon 107 min manat və ya 15,3% daha çox olmasını təmin edib.
FAİZ VƏ QEYRİ-FAİZ GƏLİRLƏRİ ARTIB
Ötən ilin 9 ayında “Azərbaycan Beynəlxalq Bankı”nın faiz gəlirləri 308 milyon 866 min manat ikən, bu ilin eyni dövründə 334 milyon 194 min manat təşkil edib (8,2% artım). O cümlədən, müştərilərə verilmiş kreditlərdən əldə edilən faiz gəlirləri isə 127 milyon 861 min manatdan 144 milyon 282 min manata qalxıb (12,8% artım).
Ötən ilin 9 ayında “Azərbaycan Beynəlxalq Bankı”nın qeyri-faiz gəlirləri 80 milyon 716 min manat ikən, bu ilin eyni dövründə 100 milyon 335 min manat təşkil edib (24,3% artım).
2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə “Azərbaycan Beynəlxalq Bankı”nın faiz xərcləri 20,7% azalaraq 71 milyon 684 min manat, qeyri-faiz xərcləri isə 37% artaraq 113 milyon 176 min manat təşkil edib.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 Sentyabr 2019-cu il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC 9 milyard 321 milyon 336 min manat cəmi aktivlərə malik olub. Bankın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 1 milyard 388 milyon 565 min manat və ya 17,5% artıb.
Müştərilərə verilən kreditlər 2018-ci ilin sonu ilə müqayisədə 324 milyon 93 min manat və ya 16,8% artaraq 2 milyard 247 milyon 125 min manata çatıb.
BANKDA DEPOZİTLƏR ARTIB
Ötən ilin sonu ilə müqayisədə “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi öhdəlikləri 1 milyard 58 milyon 749 min manat və ya 15,6% artaraq 7 milyard 829 milyon 995 min manata çatıb. O cümlədən, depozitlər 1 milyard 103 milyon 331 min manat artaraq 5 milyard 461 milyon 197 min manta yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
13 d. əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
-
14 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
-
2 saat əvvəl
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Ən çox oxunanlar
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Bank aviabilet alır - TENDER
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Sıfır xərclə ticarət mümkündür?


















