Palata Bazel Konsultativ Qrupunun görüşündə təmsil olunub
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin 2-3 oktyabr tarixlərində Bazel Komitəsinin Bazel Konsultativ Qrupu tərəfindən İsveçrənin Bazel şəhərində keçirilən tədbirdə təmsil olunub.
23 üzv ölkənin mərkəzi bank və nəzarət orqanlarının, Maliyyə Sabitliyi İnstitutu (FSI), Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı (DB) kimi beynəlxalq maliyyə təşkilatlarının və bank nəzarəti qurumlarının iştirak etdiyi tədbirdə Komitənin son görüşlərində qaldırılmış mövzular, risk-əsaslı bank nəzarəti üçün “Proporsionallıq” prinsipi, BASEL III Standartının ölkələr üzrə tətbiqi təcrübəsi, yeni makroprudensial tənzimləmə istiqamətləri müzakirə edilib, nəzarət prinsiplərinin müxtəlif yurisdiksiyalarda tətbiqinə dair təqdimatlar edilib.
Tədbir çərçivəsində Palatanın İdarə Heyətinin üzvü vəzifəsinin icra edən Asim Zülfüqarov ölkənin maliyyə sisteminə dair məlumatlarla çıxış edərək Palatanın bank nəzarəti və tənzimlənməsi istiqamətində gördüyü işlər, BASEL II və III prinsiplərinin tətbiqi üzrə atılmış addımlar və bu məqsədlə Palatanın İdarə Heyəti tərəfindən müəyyən edilmiş Tədbirlər Planı barədə məlumat verib. Eyni zamanda, səfər çərçivəsində beynəlxalq standartların ölkəmizdə tətbiqi ilə bağlı dəstəyin alınması, bu istiqamətdə bilik və bacarıqların artırılması, mövcud təcrübənin öyrənilməsi məqsədilə Komitənin Maliyyə Sabitliyi İnstitutu ilə məsləhətləşmələr aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, Bazel Komitəsi 1974-cü ildə dünyada bank nəzarəti sahəsində prudensial standartları müəyyən etmək məqsədilə Belçika, Kanada, Fransa, Almaniya, ABŞ, İtaliya, Yaponiya, Hollandiya, İsveç və Böyük Britaniya tərəfindən yaradılmışdır. Hazırda 28 ölkədən 45 təşkilatın üzv olduğu Komitə bank tənzimlənməsi və nəzarəti sferasında beynəlxalq miqyasda qəbul edilmiş üç Standarta (Bazel I, Bazel II və Bazel III) malikdir.
Eyni zamanda, Komitənin müxtəlif ölkələrin nəzarət orqanları, beynəlxalq institutlar və regional nəzarət təşkilatları ilə dialoq və əməkdaşlığın qurulması məqsədilə yaradılmış Bazel Konsultativ Qrupu (BKQ) fəaliyyət göstərir. Qrupun əsas məqsədi bank nəzarəti və tənzimlənməsi çərçivəsinin formalaşdırılması məqsədilə müzakirə və debatların aparılması, bu mövzularla bağlı üzvlərin fikir və münasibətlərinin öyrənilməsi, nəzarət orqanları arasında təcrübə mübadiləsinin təmin edilməsi və Komitə ilə məsləhətləşmələrin aparılmasından ibarətdir.
Qeyd edək ki, cari ilin 2 avqust tarixindən Maliyyə Bazarına Nəzarət Palatası Bazel Konsultativ Qrupunun üzvüdür. Bildiririk ki, üzvlük çərçivəsində keçiriləcək görüşlərdə iştirak Bazel Komitəsi tərəfindən qəbul edilən qərarlarda ölkəmizin mövqeyi və mənafeyinin də nəzərə alınmasını, həmçinin bank tənzimlənməsi və nəzarəti üzrə Standartların ölkəmizdə daha effektiv tətbiq edilməsini təmin edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
-
-
16 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
16 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
16 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 18 saat əvvəl
-
19 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşlar bərpa edilib
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Ən çox oxunanlar
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu

























