Yevlaxda inşa olunur, 2020-də istismara veriləcək
Məlumatların qorunması, etibarlı və keyfiyyətli Azcloud bulud xidmətlərinin portfoliosunu artırmaq üzrə ixtisaslaşmış “AzInTelecom” MMC tərəfindən Yevlaxda inşası davam edən ehtiyat Data Mərkəzinə ABŞ-ın Uptime Institute təşkilatının TIER 3 dizayn sertifikatı artıq alınıb.
Bu məlumat “Marja”ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilib.
Qeyd edilib ki, Data Mərkəzin istismara verilməsi 2020-ci ilin birinci rübünə nəzərdə tutulub.
Bildirilib ki, ümumi tikinti sahəsi 1400 kv.m ərazini əhatə edən bu Data Mərkəzi alternativ enerji təminatı, yanğın söndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri və ehtiyat enerji mənbələrini təmin edən yüksək qorunmalı sistemlərdən ibarətdir. Bu da öz növbəsində keyfiyyət səviyyəsinin 99,982 % artırılmasına zəmanət verir. Bundan başqa, enerjidən istifadənin optimallaşdırılması, enerji mənbələrinin idarə edilməsi və enerji paylaşdırıcı avadanlıqlar sayəsində ətraf mühitə tam zərərsiz Data Mərkəzi qurmaq mümkün olub.
Data Mərkəzinin daşına bilən xarakterli olması fövqəladə hallar zamanı məlumatların saxlanan konteynerlərin fiziki olaraq tam təhlükəsiz şəkildə daha təhlükəsiz əraziyə daşınması imkanı onun etibarlılıq səviyyəsini daha da artırmış olur.
Bununla yanaşı, Data Mərkəzi olaraq, İT idarəetməsi sahəsində mükəmməlliyi nümayiş etdirməyə və ən effektiv metodları tətbiq etməyə imkan verən ISO/IEC 20000 standartı əldə ediləcək. Bunun sayəsində müştərilər proseslərin düzgün idarə olunmasına, eləcə də daim təkmilləşdirilməsinə tam şəkildə əmin ola bilərlər. Yüksək keyfiyyəti və biznes məqsədlərini rəhbər tutmaqla, proseslərin inteqrasiya olunmasına və məhsuldarlığı artırmağa imkan verən ISO/IEC 20000 sertifikatı özlüyündə davamlı təkmilləşdirmə mədəniyyəti formalaşdırır ki, bu da İT xidmət sistemlərinin keyfiyyətinin artmasına gətirib çıxarır. Ən əsası isə xidmətlərin idarə olunmasına struktur yanaşma müştərilərdə inam yaranmasını təmin edir.
AzInTelecom-un əldə etdiyi sertifikatlardan biri kimi ISO/IEC 27001 standartının mövcudluğu informasiya təhlükəsizliyinin effektiv idarə olunmasının bariz sübutudur. ISO/IEC 27001 şirkətin informasiya təhlükəsizliyinin idarəetmə sisteminin işlənib hazırlanması üçün nəzərdə tutulan standartdır. Şirkətin informasiya sisteminin şəffaflaşdırılması, biznes proseslərinin təhlükəsizliyi ilə bağlı əsas təhdidlərin aşkar edilməsi, təhlükəsizlik və idarəetmə sistemində təhdid və çatışmazlıqlardan qorunmaq üçün tövsiyələrin işlənib hazırlanmasından ibarət olan ISO/IEC 27001 standartı şirkətin rəqabət qabiliyyətini və informasiya risklərini idarə etmək qabiliyyətini artırır.
Eyni zamanda PCI DSS və TIER 3 Facility sertifikatlarının alınması istiqamətində işlər davam edir. TIER 3 sertifikatının əsas xüsusiyyəti aktiv avadanlıqların N + 1 prinsipi ilə soyutma boru kəmərləri, binadakı rabitə kanalları, elektrik qurğularının hər birinin isə 1+1 prinsipi əsasında rezervlənməsidir. Rezervlənmə nəticəsində TIER III əsasında inşa edilmiş Data Mərkəzində təmir və ya hər hansı bir sistemin sıradan çıxması zamanı fasiləsiz şəkildə fəaliyyət göstərməyə davam edəcək. PCI DSS standartı təşkilatların informasiya infrastrukturlarında köçürülən, saxlanan və işlənən kart sahibləri haqqında məlumatların təhlükəsizliyini təmin etmək üçün hazırlanan tələblər toplusudur ki, bu tələblər beynəlxalq tranzaksiyalarla işləyən bütün təşkilat və qurumlara aiddir. Standartın tələblərinə uyğunluğu təmin etmək məqsədilə müvafiq tədbirlərin görülməsi özündə məlumatların informasiya təhlükəsizliyini təmin etmək üçün kompleks yanaşmanı ehtiva edir.
“AzInTelecom” MMC-nin ehtiyat Data Mərkəzi vasitəsilə məlumatların qorunması ilə yanaşı, Yevlaxda quraşdırılan konteyner tipli infrastruktur vasitəsilə Azərbaycanla bütün dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon danışıqlarını da təmin edən stansiya sistemlərinin də coğrafi rezervlənməsi təmin olunur.
Qeyd etmək lazımdır ki, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Iayihəsi çərçivəsində Ədliyyə Nazirliyinə məxsus məlumatların rezervlənməsi məhz sözügedən Data Mərkəzi vasitəsilə həyata keçirələcək.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
3 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
3 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
-
4 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb




















