Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dünya Bankı: “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsinin icrası üçün hazırlıq işlərinə başlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya Bankı: “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsinin icrası üçün hazırlıq işlərinə başlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə görüş keçirilib.

 

Reklam_3_11

Bildirilib ki, Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi icra ediləcək. Layihə özünüməşğulluq proqramının genişləndirilməsi, işsiz şəxslərin özünüməşğulluğa cəlb edilməsi ilə onların əmək bazarına çıxmasına, həm də aktiv məşğulluq tədbirlərinin artırılmasına dəstək olacaq.

 

Vurğulanıb ki, özünüməşğulluq proqramının əhatə dairəsi mütəmadi olaraq genişlənməkdə davam edir. Proqramının əhatə dairəsi 2017-ci illə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib. Bu ildə isə 10 000 ailənin proqrama cəlb olunmasının nəzərdə tutulduğunu deyən nazir  əsas məqsədin həssas qrupların dövlətin dəstəyindən faydalanaraq məşğulluğunu təmin etmək və rifah halını yaxşılaşdırmaq olduğunu qeyd edib.

 

Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığından bəhs edən nazir “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi çərçivəsində artıq bir neçə görüşün keçirildiyini və layihənin detallarının müzakirə edildiyini bildirib.

 

S.Babayev bildirib ki, layihənin əhəmiyyəti özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsində, müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsində, Nazirliyin nəzdindəki peşə təlim mərkəzlərinin potensialının gücləndirilməsində və digər istiqamətlərdə özünü göstərəcək.

 

Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə ilkin qiymətləndirmə missiyasının rəhbəri, aparıcı iqtisadçı Sandor Karaçoni layihə barədə məlumat verib və artıq icrası üçün hazırlıq işlərinə başladıqlarını bildirib.

 

Layihə beynəlxalq təcrübənin öyrənilməsi, əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi, məşğulluq orqanlarında işsiz kimi qeydiyyatda olan şəxslərin özünüməşğulluq proqramında iştirak imkanlarının müəyyənləşdirilməsi, proqramda iştirak imkanları müəyyənləşdirilmiş şəxslər üçün təlim proqramlarının hazırlanması, təlimçilərin əmək haqlarının ödənilməsi, Nazirliyin nəzdində fəaliyyət göstərən peşə təlim mərkəzlərinin potensialının gücləndirilməsi, müdafiə prosesinin təşkili və ən yaxşı biznes ideyalarına malik şəxslərin seçilməsi, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın alınması, özünüməşğulluq iştirakçılarının fəaliyyətinin dövri monitorinqi və s. istiqamətlərdə öz dəstəyini göstərəcək.

04.10.2019 07:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ