Gecə neft kəskin ucuzlaşıb
Qlobal iqtisadiyyatın zəifləməkdə olduğu barədə işarələr ilə əlaqədar olaraq neft qiymətləri düşür.
Qlobal iqtisadi inkişafın ləngiməsilə ilə neftə tələbin azaldığı bir dövrdə ABŞ-da xam neft ehtiyatları artıb. Ötən həftə ABŞ-da xam neft ehtiyatları 3,1 milyon barel artıb. İqtisadçılar artımın 2,4 milyon barel olacağını gözləyirdilər.
Həmçinin ABŞ 7,5 milyard dollarlıq Avropa Birliyi (AB) məhsuluna 10-25 faiz arasında əlavə gömrük rüsumları tətbiq edəcək.
"Marja" xəbər verir ki, Brent nefti 2 faizdən çox ucuzlaşıb və bareli 57,24 dollara, ABŞ xam nefti isə 1,5%-dən çox ucuzlaşaraq 52.21 dollara düşüb.
İndi xam neft qiymətləri, Səudiyyə Ərəbistanına təşkil edilən və ölkə istehsalının müvəqqəti olaraq 50 faiz azalmasına səbəb olan 14 Sentyabrdakı hücumlardan əvvəlki səviyyələrdən də aşağıdır. Digər tərəfdən, ABŞ-da emal sektoru göstəricisinin 10 ilin ən aşağı səviyyəsinə enməsi, neftə tələbin daha da azalacağı ehtimalını gücləndirir.
Almaniyanın qabaqcıl beş araşdırma institutu, Avropanın ən böyük iqtisadiyyatı üzrə iqtisadi artım proqnozlarını azaldıblar. Almaniyada istehsalçılar azalan qlobal tələb və hələ də davam edən ticarət münaqişəsi səbəbilə çətinlik çəkirlər.
Alman proqnozçular bu il üçün artım proqnozunu 0.8%-dən 0,5%-ə endiriblər. Bu, 2013-cü ildən bu yana ən pis performansdır. Mütəxəssislər Almaniyanın üçüncü rübdə yəqin ki, kiçildiyini, yəni Almaniya iqtisadiyyatının ikinci rübdəki 0.1% azalmanın ardından sonra texniki durğunluğa girdiyini əlavə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)







