Palata bank sektorunun yeni icmal göstəricilərini açıqladı - CƏDVƏLLƏR
Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı press-relizdə bildirilir ki, 31 avqust 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30 milyard 269 milyon 1 min manat, cəmi öhdəlikləri isə 25 milyard 655 milyon 5 min manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 613 milyon 6 min manat olub.
Aktivlər
Avqust ayına sektorun aktivlərinin 44.7%-ni kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 1.4% (184.1 milyon manat) artaraq 31 avqust 2019-cu il tarixinə 13 milyard 526 milyon 400 min manat təşkil edib. Kredit portfelinin 61.5%-ni biznes, 38.5%-ni isə istehlak kreditləri təşkil edir. Ay ərzində istehlak kreditləri 2.4%, biznes kreditləri isə 0.8% artıb. Aktivlərin 45.7%-ni xarici valyutada olan aktivlər təşkil edir. Kredit portfelinin 34.8%-i xarici valyutadadır.
Öhdəliklər
2019-cu ilin avqust ayında fiziki şəxslərin əmanətləri 8 milyard 456 milyon 900 min manat təşkil edib. Ay ərzində fiziki şəxslərin müddətli əmanətləri 1.5 % (79.7 milyon manat) artaraq 31 avqust 2019-cu il tarixinə 5 milyard 437 milyon 100 min manat olmuşdur. Əvvəlki ayla müqayisədə fiziki şəxslərin xarici valyutada müddətli əmanətləri 0.8% (24.8 milyon manat), milli valyutada isə 2.3% (54.9 milyon manat) artmışdır.
Hüquqi şəxslərin cəmi depozitləri avqust ayında 0.3% (30.3 milyon manat) artaraq 10 milyard 603 milyon 400 min manata çatıb. Ay ərzində müddətli depozitlər 1.3% (32.2 milyon manat) artaraq 2 milyard 543 milyon manat təşkil etmişdir.
Kapital
Sektorun kapital mövqeyi qənaətbəxşdir. Belə ki, məcmu kapital 4 milyard 161 milyon 700 min manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 14.9% çoxdur. Balans kapitalı avqust ayı ərzində 0.7% (30.6 milyon manat) artaraq 4 milyard 613 milyon 600 min manat təşkil etmişdir.
Mənfəət və zərər
Avqust ayında bankların əməliyyat mənfəəti 17.3% (81.9 milyon manat) artaraq 554.3 milyon manat, xalis mənfəəti isə 13.8% (55.9 milyon manat) artaraq 462.1 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.5%, kreditlər üzrə faiz gəlirləri isə 14.3% artmışdır.
Maliyyə indikatorları
Avqust ayında məcmu kapitalın adekvatlıq əmsalı 22.7% (minimum normativi 2.3 dəfə üstələyir) təşkil etmişdir. Sektor ani likvidlik əmsalı üzrə minimum tələbi (30%) 1.9 dəfə üstələyir (56.9%). Bank sektoru üzrə ROA və ROE göstəriciləri müvafiq olaraq 2.3% və 16.9% təşkil edir;
Ümumi məlumatlar
Fəaliyyət göstərən 30 bankdan 14-ü xarici kapitallıdır, bunlardan 7-də xarici kapitalın payı 100% təşkil edir. 30 bankın filiallarının sayı 514, şöbələrinin sayı 129, ATM-lərin sayı 2588 olub. Bank sektorunun işçi heyətinin sayında artım avqust ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin avqust ayında işçi sayı 1.5% (277 nəfər) artaraq 18 min 711 nəfər təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)












.jpg)



