Deputat istefa verdi
Vəsiqəsini girov qoyub borc götürməklə gündəmə olan Milli Məclisin deputatı Rafael Cəbrayılov mandatından imtina etməklə bağlı parlamentə müraciət edib.
Bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
Ə. Hüseynli deyib ki, deputatın mandatdan məhrum edilməsi ilə bağlı son qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir.
R. Cəbrayılov müraciətində bildirib ki, həm seçicilərindən, həm Azərbaycan cəmiyyətindən üzr istəyərək istefa vermək qərarına gəlib.
Ə. Hüseynli qeyd edib ki, Konstitusiyada bu hal 89-cu maddənin 5-ci bəndində nəzərdə tutulub: “Bu məsələ ilə bağlı Milli Məclis hər hansı qərar qəbul etmir. Protokol qaydasında müraciət Mərkəzi Seçki Komissiyasına göndərilir. Seçki Məcəlləsinin 175-ci maddəsinə uyğun Mərkəzi Seçki Komissiyası deputatın mandatından məhrum edilməsi barədə qərar qəbul edir”.
Parlament müraciəti Mərkəzi Seçki Komissiyasına göndərəcək və Mərkəzi Seçki Komissiyası qərar qəbul edəcək.
MİLLİ MƏCLİSİN SƏDRİ GÖSTƏRİŞ VERİB
Milli Məclisin sədri Oqtay Əsədov deputat Rafael Cəbrayılovun mandatından imtina etməsinə dair müraciəti ilə əlaqədar tapşırıq verib.
Bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında spiker Oqtay Əsədov Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə tapşırıq verib.
O. Əsədov S. Mirzəyevə tapşırıb ki, sənədlər qanunvericiliyin tələblərinə uyğun hazırlanaraq Mərkəzi Seçki Komissiyasına göndərilsin.
BORC QARŞILIĞINDA DEPUTAT VƏSİQƏSİNİ GİROV QOYUB
Qeyd edək ki, millət vəkili Rafael Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb.
R. Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
® APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)







