Maye qazın qiymətini bazar tənzimləyəcək
Nazirlər Kabineti sentyabrın 16-da "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib. Məlumata görə, dəyişiklik maye qazla bağlıdır. Qərara görə, maye qazın topdansatış qiyməti dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb.
Maye qazın (LPG) topdansatış qiymətinin dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılması ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, bir müddət öncə maye qazın satışı ilə bağlı müəyyən çətinliklər var idi:
"Güman olunur ki, maye qazın qiymətinin daha çox idxal hesabına tənzimlənməsi nəzərdə tutulur. Bu addım gələcəkdə maye qazın istehsalına digər özəl şirkətlərin cəlb edilməsi, tələbin artması fonunda xüsusən idxal ilə məşğul olan sahibkarların bazara daxil olması məqsədi daşıya bilər. Daha çox sahibkarın bazara daxil olmasına çalışmaq lazımdır. Daha çox sahibkarın bazara daxil olması nəticədə qiymətin artmasının qarşısını ala bilər".
O bildirib ki, xüsusən avtomobillərdə istifadə olunduğunu nəzərə alsaq, maye qaza tələb artıb: "Hələlik güman olunmur ki, kəskin qiymət artımları olsun. Amma ümumiyyətlə, maye qaza tələbin artdığını nəzərə alsaq, gələcəkdə bu, qiymətlərə təsir göstərə bilər. Burada idxalın strukturuna və xərcinə diqqət yetirmək lazımdır. Əgər idxal olunan məhsulların qiyməti xaricdə baha olarsa, bu, birmənalı şəkildə qiymət artımlarına gətirib çıxarda bilər".
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov deyib ki, şirkətlərin maye qazı SOCAR-ın zavodlarından götürməsi şərt deyil: "Bu qaz həm yanacaq kimi, həm də emalda xammal kimi istifadə edilir. Əvvəl də biz bunu bazara satırdıq, indi də satırıq. Amma bu gün əvvəlkindən daha az həcmdə satılır. LPG-nin bazara çıxarılması üçün SOCAR yeganə mənbə deyil. Dünyada başqa şirkətlər, zavodlar da bunu istehsal edirlər".
İ.Əhmədov bildirib ki, hazırda ən effektli alternativ variant digər qaz yanacaq növü olan CNG-nin bazara təqdim olunmasıdır: "Biz bazarda yanacaq olaraq LTC və CNG-nin satışını həyata keçiririk. CNG sıxlaşdırılmış təbii qazdır. Onların hər ikisinin qiyməti eynidir. İlin sonuna qədər SOCAR-ın əksər yanacaqdoldurma məntəqələrində CNG-nin satışı təmin olunacaq. 2019-cu ilin sonuna kimi CNG məntəqələrinin sayını 21-ə çatdıracağıq. Biz ümid edirik ki, CNG maye qazı kompensasiya edə bilər.
"Hazırda maye qaz Azərbaycanda Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunur. İstehsalında da hər hansı azalma yoxdur, yəni zavod əvvəlki həcmdə maye qaz istehsal edir. Bu gün LPG istehsal edən zavod demək olar ki, tam normal rejimdə işləyir. Sumqayıtda yeni müəssisələr yaradılıb. Ölkə rəhbərliyinin göstərişi ilə SOCAR-ın üzərinə bu müəssisələri xammalla təchiz etmək kimi bir öhdəlik qoyulub. Buna görə də SOCAR xammalın böyük hissəsini bu müəssisələrə ötürür ki, emal olunsun", – deyə o bildirib.
O deyib ki, bu gün təchizatçılara ölkəyə maye qaz idxal etmək üçün əlverişli şərait yaradılıb: "Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişikliklər edilib. Propan və butan qazları əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Bu, imkan verir ki, butan və propan qazını sahibkarlar ƏDV ödəmədən idxal etsinlər".
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Sputnik Azərbaycan
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
10 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
11 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
11 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!





















