"Trampın impiçmenti" ilə qlobal bazarlarda kəskin satışlar baş verdi
Nümayəndələr Palatasının sədri Nancy Pelosi ABŞ Prezidenti Donald Trampın impiçmenti (vəzifəsindən kənarlaşdırılması) üçün rəsmi müraciət etdiklərini açıqlaması və Trampın sosial media platformalarına qarşı Birləşmiş Millətlər Təşkilatında (BMT) etdiyi neqativ çıxış qlobal bazarlarda satışlara səbəb olub
"Marja" xəbər verir ki, yekunda, Dow Jones indeksi 0,53 faiz düşərək 26807,77 bənd, S&P 500 indeksi 0.84 faiz düşərək 2966,60 bənd, Nasdaq indeksi 1.46 faiz düşərək 7993,63 bənd olub.
Həmçinin Trampın FAANG (Facebook, Alphabet, Amazon, Netflix, Google) səhmlərinə qarşı, "sosial media platformalarının çox böyüdüyünü, hədsiz güc qazandığını və bunu yanlış istifadə etdiklərini" ehtiva edən ifadələri Nasdaq İndeksində sərtsatışlara səbəb olub.
İndekslərə ən çox təsiri, ABŞ Nümayəndələr Palatasının sədri Nancy Pelosinin, Prezident Donald Trampın vəzifəsindən çıxarılması üçün rəsmi təşəbbüs göstərdiklərini açıqlaması göstərib.
Trampın Ukrayna Prezidenti Vladimir Zelenskiy ilə iyulda telefon danışığı zamanı rəqibi Demokrat Co Baydenin araşdırılmasını istədiyini etiraf etdiyini bildirən Pelosi, "Trampın hərəkətləri milli təhlükəsizliyimizə zərbə endirir",- deyib.
Amerika "Wall Street Journal" qəzeti, cümə günü, Trampın Ukrayna Prezidenti Zelenskiy ilə iyulda telefon danışığında, bu ölkədən Baydenin oğlunu araşdırmalarını istədiyini yazıb.
Xəbərdə, Trampın, Zelenskiyə, Baydenin oğlu Hunter Baydenin Ukraynadakı biznes müqavilələrinin araşdırması üçün vəkili Rudy Giuliani ilə işləməsi lazım gəldiyini söylədiyi iddia edilmişdi.
Tramp, sözügedən iddialar ilə əlaqədar olaraq Zelenskiy ilə telefon danışığının tamamilə üsullara uyğun olduğunu bildirərək, "Zelenskiy ilə nə danışdığımın əhəmiyyəti yoxdur. Birləri Baydeni araşdırmalıdır", ifadəsini işlətmişdi.
ABŞ Prezidenti Donald Tramp, Demokratların özünə qarşı impeçment müraciətinə dair, "Ölkəmiz üçün nə pis", - açıqlamasını edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 d. əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)






