"Qlobal iqtisadiyyat üçün ən böyük təhdid ticarət müharibəsidir"
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard ticarət müharibəsinin təsirləri mövzusundakı narahatlıqlarını dilə gətirib.
"Marja" xəbər verir ki, 2011-ci ildən bu yana BVF rəhbəri kimi xidmət edən və Avropa Mərkəzi Bankında Mario Draghinin vəzifə müddətinin bitməsilə yerinə keçəcək Kristin Laqard ABŞ ilə Çin arasındakı ticarət müharibələrinin qlobal iqtisadi artımı 2020-ci ildə 0.8 faiz azalda biləcəyini deyib.
CNBC-yə danışan Laqard "Bu, çox böyük bir rəqəmdir. Daha az məşğulluq, daha az investisiya və daha çox qeyri-müəyyənlik mənasına gəlir. Bu da qlobal iqtisadiyyat üzərində qara bulud yaradır" ifadələrini istifadə edib.
ABŞ ilə Çinli rəsmilərinin gələn ay Vaşinqtonda görüşlər keçirməsi gözlənilir. Laqard, ötən ildən bəri davam edən və maliyyə bazarlarını da silkələyən ticarət müharibələrinin davam etməsinin daha çox qeyri-müəyyənliyə səbəb olacağını qeyd edərək "kiçik, orta və ya iri bir sahibkarsınız, investisiya qoymayacaq və gözləmək istəyəcəksiniz", - şərhini edib
ABŞ Prezidenti Donald Tramp Çin ilə bərabər Avropanı da təhdid etmişdi. Avropa ilə ABŞ-ın uzun illərdir müttəfiq olduğunu bildirən Laqard bu əlaqənin heç vaxt ticarət müharibələrinə çevrilməməsi lazım olduğunu sözlərinə əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)




