OECD qlobal iqtisadi artım proqnozunu aşağı saldı
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal iqtisadi artım proqnozunu azaldıb.
“Marja” xəbər verir ki, Təşkilat qlobal iqtisadi artım proqnozunu 3.2 faizdən 2.9 faiə endirib.
Qarşılıqlı gömrük tariflərinin artırılması ilə davam edən ABŞ və Çin arasındakı ticarət müharibəsi, Brexit və geosiyasi gərginliklər qlobal iqtisadi artıma mənfi təsir göstərir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) qlobal mənzərəyə dair son hesabatında getdikcə artan ticarət münaqişələrinin qlobal inkişaf trendini maliyyə böhranı dövründə görülən səviyyələrə endirdiyi və hökumətlərin uzunmüddətli zərərdən qaçmaq üçün lazımi səylər göstərmədiyi qeyd olunub.
Parisdə yerləşən qurum qeyd edib ki, proteksionist siyasət iqtisadi inam və investisiyalara pis təsir edir.
Maliyyə bazarları üzərindəki risklərin artması da qurumun proqnozlarını azaltmasına təsir göstərib.
OECD-nin hesabatında, "Qlobal mənzərə getdikcə daha kövrək və qeyri-müəyyən bir hal aldı. Ticarət siyasətində artan gərginliyin inam və investisiyalara vurduğu zərər böyüyür", -ifadəsi yer alıb.
Qurumun Avro Bölgəsinə dair iqtisadi artım proqnozu 2019-ci il üçün 1.2 faizdən 1.1 faizə, 2020-ci ilin təxminini 1.4 faizdən 1 faizə endirib. Yaponiyanın iqtisadi artımı proqnozu 2019-cu il üçün 0.7 faizdən 1 faizə qaldırılıb, 2020 təxmini 0.6 faizdə sabit saxlanılıb. ABŞ üçün iqtisadi artım proqnozu 2.8 faizdən 2.4 faizə, 2020 təxmini 2.3 faizdən 2 faizə endirilib. İngiltərənin böyümə proqnozu 2019 üçün 1.2 faizdən 1 faizə, 2020 təxmini 1 faizdən 0.9 faizə endirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər







.jpg)







.jpg)







