"Tam güclə neft istehsalı həftələr çəkə bilər"
Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco", həftə sonu edilən hücumdan sonra dayanan neft hasilatının təxminən üçdə birinin bazar ertəsi sonuna qədər yenidən başlayacağını bildirib.
ABŞ-ın "Wall Street Journal" qəzetinin xəbərinə görə, Səudiyyə Ərəbistanı rəsmiləri, hücum nəticəsində dayanan neft istehsalının bir hissəsini bərpa edə biləcəklərini, ancaq tam istehsala keçməyin həftələr çəkəcəyini açıqlayıblar.
Rəsmi şəxslər, hücumların gündəlik 5,7 milyon barrel istehsalın dayanmasına səbəb olduğunu (qlobal istehsalın 5%-i) qeyd edərək, bu nisbətin də dünya neft bazarlarına təsir edəcəyini bildiriblər.
"Tam güclə neft istehsal həftələr çəkə bilər"
"Saudi Aramco"nun İcraçı direktoru Amin Nasser, istehsalı yenidən bərpa etmək üçün işlərin başladığını bildirib və müəssisələrdəki zərərə görə yenidən tam güclə istehsalın bərpa edilməsinin həftələr tələb etdiyi xəbərdarlığını edib.
ABŞ lazım olarsa təcili vəziyyətdə ehtiyatları istifadə etməyə hazır olduğunu açıqlayıb.
Sonuncu dəfə bazarlar, İraqın 1990-da Küveyti işğal etməsinin ardından edilən hərbi müdaxilə nəticəsində gündə 4 milyon barrel hasilat itkisi yaşamışdı.
"İnsansız hava vasitəsi yerinə raket istifadə edildiyi" iddiası
Yeri düşmüşkən, adını vermək istəməyən yüksək vəzifəli amerikalı bir rəsmiyə istinadən verilən xəbərlərdə, hücumların İran tərəfindən həyata keçirildiyi və insansız hava vasitəsi (dron) yerinə idarə olunan raketlərin istifadə edilmiş ola biləcəyi iddia edilib.
Sözügedən rəsmi, Səudiyyənin neft obyektlərinə edilən hücumlarda 19 vurulmuş nöqtə təsbit etdiklərini və dəlillərin də, hücumların cənubi Yəmən əvəzinə qərb və şimal-qərb istiqamətində yerləşən İran və İraq tərəfindən gəldiyini göstərdiyini bildirib.
ABŞ Xarici işlər naziri Mike Pompeo Səudiyyə Ərəbistandakı iki neft kompleksinə edilən hücumlara görə birbaşa İranı günahlandırmış, "Hücumların Yəməndən gəldiyinə dair bir dəlil yoxdur",- deyərək, ölkələri İranı açıq və dəqiq bir şəkildə pisləməyə çağırmışdı.
Tehran isə haqqındakı ittihamları rədd edib, müharibəyə hazır olduqları açıqlamasını edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
2 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
2 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
6 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
7 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb




























