OPEC-in xam neft istehsalı Avqustda artıb
OPEC-in avqust ayının göstəricilərinə dair neft bazarı hesabatına görə, keçən ay qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 830 min artımla 99 milyon 240 min barelə yüksəlib.
"Marja" hesabata istinadən xəbər verir ki, Avqustda OPEC-ə üzv olmayan ölkələrdə neft hasilatı gündəlik 700 min barrel artaraq 69 milyon 500 min barel olub.
OPEC-in gündəlik xam neft hasilatı avqustda bir əvvəlki aya nisbətən 136 min barel artımla 29 milyon 740 min barelə yüksəlib. Bu dövrdə OPEC-in, ümumilikdə qlobal neft hasilatındakı payı 30% təşkil edib.
Keçən ay OPEC daxilində gündəlik xam neft hasilatını ən çox artıran ölkələr Səudiyyə Ərəbistanı, Nigeriya və İraq olub.
Səudiyyə Ərəbistanında gündəlik hasilat 118 min barel artımla 9 milyon 805 min barelə yüksəlib. Nigeriyada gündəlik xam neft hasilatı 86 min barrel artaraq 1 milyon 866 min barelə, İraqda 43 min barel artımla 4 milyon 779 min barrelə qalxıb.
Avqustda OPEC üzvələri arasında neft hasilatında ən böyük azalma Venesuela, İran və Liviyada baş verib.
Venesuelada gündəlik hasilat 43 min barrel geriləyərək 712 min, İranda 24 min barel azalaraq 2 milyon 194 min, Liviyada isə 21 min barrel azalma ilə 1 milyon 56 min barrelə enib.
QLOBAL NEFT TƏLƏBİ
OPEC, 2019-cu il üçün qlobal neft tələbatı proqnozunu aşağı istiqamətli dəyişib. OPEC-ə görə qlobal neft tələbi bu il keçən illə müqayisədə 1 milyon 20 min barel artımla sutkada 99 milyon 840 min barrel olacaq. Qlobal neft tələbində bir əvvəlki ayla müqayisədə 80 min barrel azalma gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)






.jpg)








