Çinin ixracı gömrük tarifi müharibəsi ilə azalıb
Çinin ABŞ-a ixracı Avqust ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 16 faiz azalıb. Çində ixrac dollar əsasında 1 faiz geriləyib, idxal 5.6 faiz düşüb.
Çinin ixracı ABŞ və Çin arasında dərinləşən ticarət müharibəsi ilə Avqust ayında gözlənilməz bir şəkildə geriləyib.
"Marja" xəbər verir ki, Çin Gömrük İdarəsi tərəfindən Bazar günü açıqlanan məlumatlara görə, dollarda ifadə olunan ixrac əvvəlki ilin eyni ayı ilə müqayisədə 1 faiz azalıb, idxal isə 5.6 faiz düşüb və bununla da Çinin xarici ticarət artığı 34.84 milyard dollar səviyyəsində olub.
İqtisadçıların gözləntisi ixracın 2 - 2.2 faiz artması, idxalın 6 - 6.4 faiz azalması istiqamətində idi.
Çindən ABŞ-a ixrac əvvəlki ilin eyni ayı ilə müqayisədə 16 faiz azalıb.
Çinin yuanda ifadə olunan ticarət balansı 299.3 milyard yuana qarşılıq 239.6 milyard yuan təşkil edib. Yuanda idxal 3.1 faiz azalacağı gözlənərkən geriləmə 2.6 faiz səviyyəsində olub. İxrac isə, 6.3 faiz artım proqnozuna qarşılıq 2.6 faiz artıb.
ABŞ Prezidenti Donald Tramp, bu ayın əvvəlindən Çin məhsullarına tətbiq olunan gömrük rüsumlarını Oktyabr ayından etibarən qaldıracaq və müzakirələrdə irəliləmə qeyd olunmaması halında Dekabrda da artımın təkrar olunacağını söyləmişdir.
ABŞ və Çin arasındakı yüksək səviyyəli üz-üzə ticarət danışıqlarının qarşıdakı həftələrdə Vaşinqtonda baş tutacağı bildirilib.
Valyuta | Statistik göstərici | Açıqlanan | Proqnoz | Əvvəlki |
CNY | İxrac (İllik) (Avqust) | -1,0% | 2,0% | 3,3% |
CNY | İdxal (İllik) (Avqust) | -5,6% | -6,0% | -5,6% |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)








.jpg)





