Honq Konq rəhbərliyi mübahisəli qanun layihəsini rəsmən geri çəkir
Çinin Honq Konq xüsusi muxtar respublikasının hökuməti, iyunun əvvəlindən bu yana kütləvi etirazlarla səbəb olan ekstradisiya qanun layihəsini geri çəkəcəyini bildirib.
"Marja" xəbər verir ki, Honq Konqda nəşr edən "South China Morning News" qəzetinin xəbərinə görə, Honq Konqun rəhbəri Carrie Lam, Honq Konq Qanunvericilik Məclisi və Çin Xalq Konqresi deputatları ilə keçirdiyi iclasda kütləvi etirazlara səbəb olan layihənin geri çəkəcəyini açıqlayıb.
Həmçinin Lam, etirazlarla üzə çıxan ictimai narahatlığın səbəblərinin araşdırılması və mümkün həll təkliflərinin ortaya qoyulması məqsədilə bir istintaq komitəsinin yaradılacağını bildirib.
Beləliklə Lam, 13 həftədir Honq Konq küçələrində nümayişlər keçirən etirazçıların tələbini yerinə yetirəcəyi siqnalını verib.
Etirazçılar layihənin geri götürülməsi ilə bərabər, nümayişçilərə qarşı polis zorakılığının araşdırılması üçün müstəqil bir komitənin qurulmasını, həbs olunan etirazçılara amnistiya çıxarılmasını, etirazların "üsyan" adlandırılmasına son qoyulmasını və siyasi islahatların yenidən aparılmasını tələb edirlər.
Etirazlara səbəb olan, şübhəlilərin Çinə qaytarılmasını asanlaşdıran qanun layihəsi, 3 Apreldə parlamentə təqdim olunmuşdu. Qanun təklifi, şübhəlilərin Çinə, Çinin Makao Xüsusi İnzibati Regionuna və Tayvana ekstradisiyasını asanlaşdırırdı.
Honq Konq parlamentində, dəyişikliyə qarşı çıxan deputatlarla dəyişiklik tərəfdarları arasındakı davada çoxlu sayda deputat yaralanmışdı.
Müxaliflər, ekstradisiya haqqında qanunda ediləcək bu dəyişikliyin, Honq Konq azadlıqlarını aradan qaldıracağını iddia edir.
Müxaliflər qanunun çıxması halında bunun Çinin Honq Konqdakı siyasi müxalifləri hədəf alması ilə nəticələnəcəyindən də narahatdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 21 saat sonra
- 40 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb






.jpg)








.jpg)








