Çin, "Tesla"nı vergidən azad etdi
Çin başda "Tesla" olmaqla idxal etdiyi bəzi avtomobil markalarını dekabr ayında həyata keçirməyə başlayacağı 10%-lik əlavə tarifdən azad edib.
Çin, dekabr ayından etibarən ABŞ-dan idxal olunacaq avtomobillərə tətbiq etdiyi əlavə vergi tarifindən "Tesla" azad etdiyini açıqlayıb. Qərar, "Tesla"nın İdarə Heyətinin sədri Elon Musk-ın da iştirak etdiyi Şanxayda Dünya Süni Zəka Konfransı zamanı açıqlanıb.
Çin, "Tesla"nın Model S, 3 və X modellərinin 16 versiyasını "yeni enerji" avtomobilləri siyahısına daxil edərək vergidən azad edib. "Marja" xəbər verir ki, Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyindən dünən verilən açıqlamada elektrikli və bəzi hibrid vasitələr 10%-lik əlavə vergi tarifindən azad ediliblər. Siyahıda "Mercedes", "General Motors", "Volkswagen", "Toyota" və "Hyundai" kimi digər beynəlxalq avtomobil istehsalçılarının da bəzi modelləri yer alır.
"Financial Tayms"da yer alan xəbərə görə, idxal edilən "Tesla" avtomobillərinin Çindəki satış qiyməti tariflərdən əvvəl yüksəlməyə başlayıb. Xəbərdə ABŞ ilə Çin arasında baş verən tarif probleminin "Tesla"nın satışlarına zərər verdiyi vurğulanaraq, "Şirkət avtomobillərini Çində istehsal edərək bu vergilərin təsirini minimuma endirməyi ümid edir. Bu ilin sonuna qədər şirkət Çindəki kütləvi bazar üçün Model 3-ü istehsal etməyə başlamağı planlaşdırır",- bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)






