"Xəndəyə düşüb xilas olmağa çalışmaqdansa, xəndəyə düşməkdən çəkinmək daha yaxşıdır"
Fed rəsmilərindən Sentyabrda faiz endiriminə dəstək
Fed-in iki regional rəhbəri, ayrı-ayrılıqda verdikləri açıqlamalarda, ABŞ iqtisadiyyatının qarşı-qarşıya olduğu problemlərin digər bir faiz endirimi tələb etdiyini bildiriblər.
"Marja" xəbər verir ki, ABŞ Mərkəzi Bankının Dallas şöbəsinin sədri Robert Kaplan və San-Fransisko şöbəsinin sədri Mari Dali, Fed sədri Cerom Pauelin Sentyabr ayında faiz endiriminin mümkün olduğu barədə mesajını dəstəkləyiblər.
Kaplan Çərşənbə günü "American Public Medias Marketplace"ə verdiyi açıqlamada, "Siyasətdə bir nizamlama etmək məcburiyyətində qala bilərik" deyib.
Kaplan qeyd edib ki, istehlakçı xərcləri güclüdür, "ancaq mərkəzi bank faizi müəyyən edərkən "gələcəyə baxmaq" vəziyyətində qala bilərik".
Digər tərəfdən, Dali isə, ABŞ iqtisadiyyatının çətinliklərlə qarşı-qarşıya olduğunu qeyd edərək, indi gözlə-gör rejimində olduğunu bildirib və "Xəndəyə düşüb ondan xilas olmağa çalışmaqdansa, xəndəyə düşməkdən çəkinmək daha yaxşıdır" şəklində bildirib.
Emal sektorunda zəiflik
Kaplan, emal sektorunda davam edən zəifliyin tez ya da gec əmək bazarına öz əksini tapacağını və bunun da istehlakçı xərclərinə mənfi təsir göstərəcəyi barədə narahatlıqlarını dilə gətirib.
Kaplan, "Əgər bunun olmasını gözləsək, çox uzun gözləmiş olacağıq" deyib və "Bu səbəbdən, bu zəifliyin davam edərək intensivləşib artmayacağını görmək üçün yüksək həyəcan vəziyyətindəyəm", - əlavə edib.
Fed keçən aykı toplantısında, səngiyən qlobal iqtisadi artımı və durğun inflyasiyaya işarə edərək, 10 ildən artıq müddətdən sonra ilk dəfə faiz aralığını 25 bənd azaldaraq 2% - 2.25%-ə endirib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Fed sədri Pauell ötən həftə illik toplantıda etdiyi çıxışında, ABŞ iqtisadiyyatının yaxşı bir yerdə olduğunu, ancaq "mühüm risklərlə" qarşı-qarşıya olduğunu bildirmişdi.
Fed sədri, "Ticarət siyasəti qeyri-müəyyənliyi qlobal yavaşlama, ABŞ-da zəif emal sektoru və azalan investisiyalar olaraq görünür" - deyib.
Pauell, "İqtisadi artımı davam etdirmək üçün uyğun olanı edəcəyik" şəklində danışmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
4 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
























