Keniya ilk dəfə xam neft ixrac etdi
Beynəlxalq mətbuatda çıxan xəbərlərə görə, Keniya, 200 min barel xam neft ilə yüklənmiş gəmini Mombasa Limanında təşkil olunan mərasimlə Malayziyaya yola salıb.
"Marja" xəbər verir ki, beləliklə Keniya, ilk xam neft ixracını Malayziyaya edib.
Keniya Prezidenti Uxuru Kenyatta, mərasimdə etdiyi çıxışında, "Keniyanın neft və qaz potensialını sübut etməyi bacardıq. Bu addım ölkə tarixi üçün bir dönüş nöqtəsidir",- ifadəsini istifadə edib.
Sərvətlərin Keniya xalqının xeyrinə olacağına diqqəti çəkən Kenyatta, "Keniyanın neft və qaz ixracında böyük yürüşü başladı. Bu addım sadəcə keniyalılar üçün deyil, bölgə xalqı üçün də yeni bir şəfəq olacaq", -deyib.
Gündə 2 ilə 4 min barel xam neft ixrac olunacaq
Keniya, ölkənin şimal qərbindəki Lokichar hövzəsində çıxarılan gündəlik 2 min ilə 4 min barrel arasında xam nefti ilk mərhələdə quru yolu üzərindən xüsusi dizayn edilmiş yük maşınları ilə Mombasa Limanına daşıyır. Limana gətirilən xam neft, buradan gəmilərlə ölkə xaricinə ixrac ediləcəkdir.
Hökumət, nefti asan daşımaq üçün 2 milyard dollara başa gələcək 890 kilometr uzunluğundakı boru xəttinin inşasına başlayıb. 2021-ci ilin ortasında tamamlanması nəzərdə tutulan kəmərdən gündə 100 min barrel neft ixrac edilməsi gözlənilir.
Ölkədə ilk dəfə İngiltərənin şirkəti Tullow Oil tərəfindən 2012-ci ildə kəşf edilən xam neft ehtiyatının 750 milyon barel olduğu təxmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)






