Beynəlxalq Bank Masallıda filialını açdı
Azərbaycan Beynəlxalq Bankı müştərilərin, biznes subyektlərinin bank xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini daha da genişləndirir.
Bankdan “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi bank Masallıda yeni filialını açıb. Bununla da Azərbaycan Beynəlxalq Bankının filiallarının sayı 37-ə, umumi müştəri xidməti ofislərinin sayı isə 76-a çatıb. Bankın yeni filialı Masallı şəhəri, Heydər Əliyev prospekti - 34 ünvanında fəaliyyət göstərəcək.
Azərbaycan Beynəlxalq Bankının vahid korporativ üslubunda inşa edilərək müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filial binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.
Fərdi və korporativ müştərilər Azərbaycan Beynəlxalq Bankının Masallı filialında kassa-hesablaşma əməliyyatları, istehlak və biznes kreditləri, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli bank məhsul və xidmətlərindən istifadə edə bilərlər.
Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib ki, filialların transformasiyası çərçivəsində xidmət ofislərinin müasirləşdirilməsi ilə yanaşı, geniş müştəri potensialına malik regionlarda bankın yeni filial və şöbələrinin yaradılması imkanları da dəyərləndirilir:
“Masallı rayonu biznesin getdikcə inkişaf etdiyi, kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndiyi, əhalinin bank xidmət və məhsullarına tələbatının artdığı rayonlarımızdandır. Yeni filialımız regionda maliyyə resurslarına çıxış imkanlarını asanlaşdıracaq, müştərilərimizin ehtiyaclarını ən yüksək səviyyədə təmin edəcək”.
Azərbaycan Beynəlxalq Bankı hazırda 37 filial və 39 şöbəyə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)









