"Avropanın sənaye fondu yaradılacaq"
Avropa İttifaqı (Aİ) dünyadakı rəqiblərdən geri qaldığı bəzi strateji sahələrə sərmayə qoymaq məqsədi ilə 100 milyard avro həcmində fond təsis etmək niyyətindədir.
Aİ-nin müvafiq sənədlərində Avropanın Gələcəyi Fondu (European Future Fund) adı verilən yeni fond “Google”, “Apple”, “Alibaba” kimi nəhəng təsisatlarla rəqabət apara biləcək şirkətlərə, sənaye qruplarına sərmayə qoymaq üçün üzv ölkələr tərəfindən maliyyələşdiriləcək.
Belə bir fondun yaradılmasının Avropa işgüzar mühitini həm də subsidiyalarla bağlı olan haqsız rəqabətdən qoruyacaq “fəal sənaye siyasəti alətləri”ni yaratmaqla bağlı Fransa və Almaniya tərəfindən səsləndirilmiş çağırışlara uyğun olacağı da qeyd olunur.
Bu layihənin müəllifləri Avropa İttifaqı sərhədlərindən kənardakı şirkətlərin “Aİ innovasiya fəaliyyətlərinə, müəyyən sənaye sektorlarındakı vəziyyətinə sarsıdıcı zərbə endirə biləcək misilsiz maliyyə ehtiyatlarına malik” olduqlarını qeyd edirlər. Burada daha çox “Google”, “Apple”, “Facebook” kimi texnologiya nəhəngləri, həmçinin dünya rəqəmsəl sənayesinə hökmranlıq edən “Baidu”, “Tencent”, on-line ticarətində rəqib tanımayan “Amazon” və “Alibaba” kimi şirkətlər nəzərdə tutulur. “Avropada belə şirkətlər yoxdur. Bu da iqtisadi artım, iş yerləri, başlıca strateji sahələrdə Avropanın nüfuzuna təhlükə yaradır”, – Aİ-nin sənədlərində vurğulanır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 7 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 30 d. əvvəl
- 47 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)





.jpg)








