"Finoko" BOKT-un xalis mənfəəti kəskin artıb
"Finoko" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 481 min manat xalis mənfəətlə başa vurub.
BOKT-un maliyyə hesabatına görə, bu, 2017-ci ilə nisbətən 18,5 dəfə çoxdur.
Ötən il "Finoko"nun gəlirləri 3 milyon 418 min manat, o cümlədən faiz gəlirləri 2 milyon 842 min manat, qeyri-faiz gəlirləri 576 min manat təşkil edib. Təşkilatın cəmi faiz və qeyri faiz xərcləri isə 2 milyon 816 min manat, o cümlədən faiz xərcləri 1 milyon 447 min manat, qeyri-faiz xərcləri 1 milyon 369 min manat olub. Bundan başqa, xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 1 min manat, mənfəət vergisi ödəmələri isə 122 min manat təşkil edib.
Bu il yanvarın 1-nə "Finoko"nun aktivləri 23 milyon 665 min manat olub ki, bu da illik müqayisədə 70,9% çoxdur. Bunun 14 milyon 16 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 23,8% böyüyüb.
Hesabat dövründə "Finoko"un öhdəlikləri 65,1% artaraq 20 milyon 440 min manata, balans kapitalı isə 2,2 dəfə artaraq 3 milyon 225 min manata çatıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Renkinq"
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
27 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim




























