"Hadisəni SOCAR-la əlaqələndirmək təxribatdır"
“Palmali” şirkətlər qrupuna məxsus “Mammad Amin Rasulzade” gəmisi ilə toqquşan “Doric Warrior” adlı gəminin “SOCAR Ukraine” şirkəti ilə heç bir əlaqəsi yoxdur.
Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
O qeyd edib ki, sözügedən hadisəni SOCAR-la əlaqələndirmək iddiaları tamamilə həqiqətdən uzaq və mənasız təxribatdır: “Bunu Azərbaycana qarşı yönəldilmiş tamamilə həqiqətdən və məntiqdən uzaq olan, mənasız təxribat kimi dəyərləndiririk”.
Məlumata görə, göyərtəsində 14 heyət üzvü olan və ilk səfərinə çıxmağa hazırlaşan flotiliyamızın yeni gəmisi “MAMMAD AMİN RASULZADE” İstanbulun Dəmir bölgəsində “Doric Warrior” gəmisi tərəfindən vurulub. “MAMMAD AMİN RASULZADE” gəmisinin uzunluğu 129 metr olduğu halda toqquşmaya səbəb olmuş “Doric Warrior” gəmisinin uzunluğu 230 metrdir. Bölgəyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin 3 xilasedici gəmisi cəlb edilib. Xoşbəxtlikdən xəsarət alan yoxdur, lakin toqquşma nəticəsində gəmiyə zərər dəyib. Bir gəminin dayandığı halda başqa gəmi tərəfindən vurulması 1/1000 ehtimal olunan hadisə sayılır. Toqquşmanın səbəbləri ciddi araşdırılır. Gəmi limanda ilk səfərini həyata keçirmək ücün gözləyirdi.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)





