Ağayevin şirkəti “Aqrolizinq”dən 3,9 milyon manatlıq sifariş aldı
“Aqrolizinq” ASC ümumi dəyəri 3 milyon 884 min manat olan mineral gübrə, motor və sürtkü yağları, yuyucu vasitələr və ehtiyat hissələrinin satın alınması haqqında 2 müqavilə imzalayıb.
"Marja" xəbər verir ki, hər iki müqavilə Mirtağa Ağayevin adına olan "АGRİ SPACE" MMC ilə bağlanıb.
Mineral gübrələrin satın alınması haqqında müqavilənin dəyəri 2 milyon 508 min manat, motor və sürtkü yağlarının, yuyucu vasitə və ehtiyat hissələrinin satın alınması haqqında müqavilənin dəyəri isə 1 milyon 376 min manatdır.
“Aqrolizinq” ASC 2004-cü ilin oktyabr ayında təsis edilib və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.
2018-ci ilin Aprel ayında dövlət qeydiyyatına alınmış "АGRI SPACE" MMC-nin qanuni təmsilçisi Mirtağa Mirəziz oğlu Ağayevdir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küç, ev 25, m 8-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub





















