"Azercell"in Rəqəmsal Dünyası bölgələrə genişlənir
® Azercell Rəqəmsal Dünya bölgələrdə layihəsinə həsr olunmuş mətbuat konfransı keçirib.
Rəqəmsal dünyanın yeniliklərini abunəçiləri üçün daha əlçatan etməyi hədəfləyən Azərbaycanın telekommunikasiya sahəsinin lideri “Azercell Telekom” MMC 5 avqust tarixində, mətbuat konfransında jurnalistləri bir araya toplayıb. Mətbuat konfransı şirkətin böyük maraqla qarşılanan və regionları qarış-qarış gəzən “Rəqəmsal Dünya bölgələrdə” adlı layihəsinə həsr olunub. Naxçıvan şəhərindən başlayan və artıq Şərur, Ordubad, Quba, Xaçmaz, Qusarda baş tutan bu layihədə, Azercell ölkəmizin 30-a yaxın şəhər və rayonuna səfər etməyi planlaşdırır.
Mətbuat konfransında çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev internetsiz, daimi bağlantısız bu layihənin ərsəyə gəlməsinin mümkün olmadığını bildirib. “Odur ki, biz respublikamızın bütün bölgələrinin sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək, yüksək-sürətli interneti sayəsində ən son innovasiyaları onların istifadəsinə vermək üçün ölkə boyu 4G şəbəkəsini gücləndirdik və genişləndirdik. Qeyd edim ki, təkcə son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırdıq. Bu müddətdə Bakı və Abşeron da daxil olmaqla, ölkəmizin 57 bölgəsində 1007 yeni LTE stansiyası qurduq. Ümumi stansiyalarımızın sayı isə 7000-i ötdü”- deyə, V. Mürsəliyev vurğulayıb.
“Layihə çərçivəsində insanların həyat tərzini rahatlaşdıran texnoloji yeniliklər və mobil qurğuların texniki imkanlarından istifadə edilməklə xidmətlərin əlçatanlığını nümayiş olunur”- deyə, “Azercell Telekom” MMC-nin İstehlakçı Seqment Biznes Strukturunun rəhbəri, Krasimir Genov öz nitqində bildirib. Həmçinin K. Genov jurnalistlərə layihə çərçivəsində səfərlərin təşkil ediləcəyi bölgələr haqda da məlumat verib.
“Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri, Nigar Şıxlinskaya öz çıxışı zamanı layihənin sosial tərəfindən bəhs edib. Belə ki, fəaliyyəti boyunca on minlərlə insana yardım edən Azercell-in “Mobil Göz” və “Mobil Diş” klinikaları “Rəqəmsal Dünya bölgələrdə” layihəsi çərçivəsində səfərlərə qoşularaq, “Xəzər Qayğıkeşlik” İctimai Birliyin həkimləri ilə regionlarda yerləşən internat məktəbləri və uşaq evlərinin kiçik sakinlərini üçün təmənnasız müayinə və müalicə təşkil edirlər. Bundan əlavə, Azercell tərəfindən uşaqlara hədiyyə olaraq məktəb çantası, məktəb ləvazimatları və digər hədiyyələr də paylanılır. Bununla yanaşı, N. Şıxlinskaya 4G şəbəkəsinin genişlənməsi üzrə şirkətin son nailiyyətlərindən danışıb. O bildirib ki, Azercell son yarımildə Azərbaycanın 57 şəhər və rayonunda əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% artıma nail olub. Həmçinin N. Şıxlinskaya günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alındığını vurğulayıb.
Mətbuat konfransının sonunda jurnalistlər Azercell-in mobil klinikalarına baxış keçiriblər.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 saat sonra
-
- 7 d. əvvəl
- 13 d. əvvəl
-
30 d. əvvəl
Qlobal smartfon bazarının bu il təxminən 13 faiz kiçiləcəyi gözlənilir
- 36 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilməsi təklif edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
bp-yə yeni vitse-prezident təyin olundu
İctimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə güzəştlərin tətbiq olunması təklif edilir
Rəsmi məzənnələr açıqlandı
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
eBay 800 əməkdaşını işdən azad edəcək
Ford 4 milyon 380 min avtomobili geri çağırır
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
Banka illik 13 faizlə 5 milyon manat pul lazımdır - ŞƏRTLƏR
ABB-dən 100 milyon manatlıq istiqraz




















