Dövlət Toxum Fondu və Yaponiya şirkəti arasında razılaşma
Bakıda Dövlət Toxum Fondunun rəhbərliyi ilə Yaponiyanın “Dentsu Group” və “Kaneko Seeds” şirkətlərinin rəhbər şəxsləri arasında görüş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Marja"ya bildiriblər ki, görüşdə Dövlət Toxum Fondunun sədri Emin Əliyev, “Dentsu group” şirkətinin baş meneceri Toshihiro Fukushima və biznesin inkişafı üzrə inzibatçısı Takahiro Akiyama, “Kaneko Seeds” şirkətinin beynəlxalq əlaqələr üzrə inzibatçısı Tomoaki Sakamoto iştirak edib.
“Kaneko Seeds” şirkətinin beynəlxalq əlaqələr üzrə inzibatçısı Tomoaki Sakamoto bildirib ki, çoxillik təcrubəyə malik Yaponiyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və qarşılıqlı əlaqələrin qurulmasının Azərbaycanda aqrar sahədə geniş prespektivlərə yol açacağını vurğulayıb.
Görüşün sonunda Dövlət Toxum Fondu ilə Yaponiyanın “Dentsu Group” şirkəti arasında toxumçuluq sahəsində ticarət əlaqələrinin qurulması, təcrübə mübadiləsi, bazar araşdırılmasının aparılmasını nəzərdə tutan “Niyyət protokolu”nun imzalanmasına dair razılıq əldə edilib.
Qeyd edək ki, “Dentsu Group” Yaponiyanın ən böyük investisiya, “Kaneko seeds” isə yüksək keyfiyyətli tərəvəz, çiçək və yem bitkiləri, istixana materialları, kənd təsərrufatı məhsulları, effektiv və səmərəli becərmə texnologiyaları, yüksək texnoloji kənd təsərrufatı avadanlıqları təqdim edən şirkətlərdən sayılır. “Kaneko seeds” yarandığı 1895-ci ildən etibarən keyfiyyətli toxum istehsalı ilə məşğuldur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
10 saat əvvəl
İlin sonuna qədər Astara terminalının inşasında əsas işlər yekunlaşacaq
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub
-
1 gün əvvəl
"Effektinvest" MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib
-
1 gün əvvəl
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib
- 1 gün əvvəl