Bu gün dünyanın 1 nömrəli mərkəzi bankı öz həmləsini edəcək
Bu gün Fed-in 2008-ci ildən bəri ilk dəfə faiz endirməsi gözlənilir.
Bu gün ABŞ Mərkəzi Bankının (Fed) faiz qərarı gündəmə istiqamət verəcək.
"Marja" xəbər verir ki, Fed faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq. Faizin 2,50%-dən 2,25%-ə endirələcəyi gözlənilir. 22:30-da isə Fed sədrinin mətbaut konfransı başlayacaq.
Bəzi Fed müşahidəçiləri faizin 50 bənd azaldılacağı proqnozunu versələr də, əksər gözləntilər Fed-in böyük bir həmlədən çəkinərək faizi 25 bənd azaldacağı istiqamətindədir.
Həmçinin Fed-in, tarixin ən yüksək səviyyələrindəki iqtisadi artımı və yenidən canlanan inflyasiyanı davam etdirmək üçün gələcək həmlələr üçün də açıq qapı qoyacağı ehtimal edilir.
ABŞ Mərkəzi Bankı sonuncu dəfə faizi ötən ilin dekabr ayında artırdıqdan sonra, ilin birinci yarısında gözləmə mövqeyi tutmuşdu. Fed rəsmiləri faizi daha da artırmağı nəzərdə tuturdular. Lakin səngiyən qlobal iqtisadi artım, aşağı inflyasiya və ABŞ Prezidenti Donald Trampın tənqidləri Fed-i yenidən faiz endirməyə məcbur edir. Tramp, faiz artırmaqla Fed-in səhv etdiyini bildirir və tezliklə faizi aşağı salmağa çağırır.
Mütəxəssislər, 25 bəndlik endirimin kifayət etməyəcəyini, Fed-in növbəti aylarda əlavə endirimlər də edəcəyini gözləyirlər. ABŞ-da iqtisadi artım yüksək səviyyələrdə olsa da sürəti aşağı düşür.
Analitiklər, bu gün Fed-in 25 bəndlik faiz endirimini iqtisadi zəifləməyə qarşı bir sığorta kimi qəbul edildiyini qeyd edirlər. Analitiklərin sözlərinə görə, 50 bəndlik bir endirim iqtisadiyyatda aşağı istiqamətli risklərə işarə edə, bunun bazarlar tərəfindən "Fed üzvlərinin narahat olduğu və bazarların bilmədiyi şeyləri bildikləri" kimi başa düşülməsilə nəticələnər.
Faizin 25 bənd aşağı salınması qərarına ən böyük etirazın ABŞ Prezidenti Donald Tramp tərəfindən olacağı gözlənilir. Tramp Fed-in daha çox faiz endirməsini istəyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 22 d. əvvəl
-
- 29 d. əvvəl
-
32 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artırıb
-
3 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir


























