Üzümçü ixracın təşkilinin zəif olduğunu bildirir
Cəlilabada İtaliyadan yeni üzüm sortu gətiriləcək
Respublikamızın üzümçülük üzrə ixtisaslaşmış rayonlarından olan Cəlilabadda bir neçə gündür mövsümün nübar yığımına başlanılıb. İyirmidən çox yerli və xarici üzüm sortunun becərildiyi rayonda iki ildir ki, üzüm bağları 1500 hektara qədər artırılıb.
Ötən əsrin 80-ci illərində üzümçülük iqtisadiyyatın aparıcı sahəsi olan neft sənayesi ilə rəqabət apararaq dövlət büdcəsinin formalaşmasında mühüm yer tuturdu. O dövrlərdə özünün “Həməşərə”, “Bayanşirə”, “Mədrəsə”, “Ağ şanı”, “Qara şanı” və digər dadı kimi adı da dillər əzbəri olan üzüm sortları ilə tanınan Cəlilabadda 30 min hektardan çox üzüm bağı, 26 üzüm emalı zavodu, 2 böyük şərab zavodu vardı. Əməkçilər yığım zamanı rekord nəticə göstərərək 200 min tondan çox məhsul tədarük edirdilər. Keçmiş sovet məkanında şöhrət qazanmış Cəlilabad rayonunda 90-cı illərin əvvəllərində bir çox bölgələrdə olduğu kimi üzümçülük bəzi səbəblərdən kütləvi şəkildə iflasa uğradı.
Son illər göstərilən xüsusi dövlət qayğısı sayəsində rayonda üzümçülük və onun emal sənayesinin müasir bazar tələbləri səviyyəsində inkişafını təmin etmək məqsədilə yeni süfrə və texniki üzüm sortlarının əkin sahələri genişləndirilir, xarici investorlar cəlb edilir. Builki məhsuldarlıq fermerlərin də ürəyincədir. Hazırda rayonda əsas problemlərdən biri işsizliyin tam aradan qaldırılmasıdır. Üzümçülüyün inkişafı bu problemin öhdəsindən asanlıqla gələ bilər. Belə ki, 1 hektar üzüm bağına 10 nəfər işçi tələb olunduğunu nəzərə alsaq, onda 1500 hektar üzüm bağında 15 min nəfər işçi çalışar. Bu isə rayonda iqtisadi fəal əhalinin 12,5 faizi deməkdir.
Üzümçü-aqronom, İmran Babayev bildirdi ki, ixrac məsələsi həll olunarsa fermerlərin işi daha da asanlaşar:
“Bizim üçün ən böyük bazar Rusiya bazarıdır. Dövlətin dəstəyi ilə Rusiyanın ayrı-ayrı vilayətləri və yaxud şəhərləri ilə əlaqələr yaradılsa, fermerlər vasitəsilə tədarük müəssisələrinin yaradılması müqavilələri bağlansa yaxşı olardı. Nəticədə biz həmin şəhərləri, vilayətləri üzümlə təmin edərik. İxracın təşkili üzümçülərin bu sahəyə marağının artmasına səbəb olar”.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Cəlilabad dayaq məntəqəsinin müdiri, Azad Əkbərov isə ixracla bağlı italyanlarla danışıqlar aparıldığını vurğuladı: “Bu günlərdə biz İtaliyada üzüm tingi istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirdik. “Roşedo” şirkətinin mütəxəssisləri ilə geniş müzakirə aparıldı. Bizim region üçün vacib olan sortların seçilməsi məqsədilə geniş məlumatlar verildi. Şirkətin nümayəndəsi üzüm tinginin ölkəmizə idxalında müəyyən güzəştlərin də olacağını bildirdi”.
Ötən il cəlilabadlı üzümçülər 17 min tonadək məhsul toplayıblar. Bu il isə 30 min tona yaxın proqnozlaşdırılır. Fermerlərin sözlərinə görə, onları narahat edən bəzi problemlər aradan götürülərsə bu göstəricini iki dəfəyədək artıra bilərlər. Bununla da rayonda iqtisadiyyatın ən gəlirli sahələrindən biri olan üzümçülük inkişaf etdiriləcək, bu isə öz növbəsində əhalinin gəlirləri və həyat səviyyəsinin durmadan yüksəlməsinə xidmət göstərəcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 45 d. əvvəl
-
-
14 saat əvvəl
Avropalı milyarderlər nəhəng şin istehsalçısının səhmləri üçün çinli tərəfdaşla danışıqlara başlayıb
-
14 saat əvvəl
Avropa İttifaqının ən yüksək məhkəməsi Google-a 4,1 milyard avroluq cəriməni qüvvədə saxlayıb
-
14 saat əvvəl
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
-
15 saat əvvəl
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
-
15 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Ən çox oxunanlar
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb






















