Mərkəzi Bank "Novruz xonçası" adlı maarifləndirici tədbir keçirmişdir
14 mart 2017-ci il tarixində Mərkəzi Bankın təşəbbüsü, Azərbaycan Banklar Assosiasiyasının, “Amrahbank” ASC, “Expressbank” ASC, “Atabank” ASC və “Bakı Sıgorta” ASC–nin iştirakı ilə əhaliyə Park Bulvar ticarət və əyləncə mərkəzində “Novruz xonçası” adlı maarifləndirici təbliğat xarakterlı tədbir keçirilmişdir.
Tədbir ərzində maliyyə savadlılığının əhali arasında ictimai dəyər kimi tanınması təbliğ olunmuş, bank və sığorta məhsulları haqqında, eyni zamanda ödəniş kartları və nağdsız ödənişlərin əhəmiyyəti haqqında əhaliyə məlumatlar verilmişdir. Əhalinin müxtəlif yaş təbəqələrini əhatə edən bu tədbirdə onların maliyyə savadlılığı tədbirləri, bank və sığorta məhsulları və digər mövzular üzrə sualları cavablandırıldı.
Gəncləri xüsusilə “Maliyyə savadlılığı” köşkündə nümayiş etdirilən elektron resurslar və bank məhsulları və xidmətləri haqqında maarifləndirici animasiyalar maraqlandırdı. Tədbirə qatılanlara Mərkəzi Bankın, bank-maliyyə qurumlarının maarifləndirici və promo materialları, həmçinin bayram şirniyyatları paylanıldı. Bu cür təbliğat xarakterli maarifləndirici tədbirlərin gələcəkdə müxtəlif məkanlarda keçirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 d. əvvəl
Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə "İmarət" Yaşayış Kompleksi inşa olunacaq
- 15 d. əvvəl
- 31 d. əvvəl
- 34 d. əvvəl
-
49 d. əvvəl
Avropa bankı Azərbaycandakı banka 10 milyon dollar kredit ayırdı
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank”ın dəstəyi ilə Azərbaycan xalçaları Riqada nümayiş olunub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasında görüş keçirilib
-
2 saat əvvəl
Lombard şirkətinin istiqrazlarına 2 investor 2 sifariş təqdim edib
-
2 saat əvvəl
Aksiz markası ilə markalanmamış külli miqdarda siqaretlər aşkar edilib