BVF qlobal iqtisadi inkişaf proqnozlarını aşağı saldı
Beynəlxalq Valyuta Fondunun (BVF) son Qlobal İqtisadi Proqnozlar hesabatına görə, qurum, 2019 və 2020 illərə dair qlobal iqtisadi artım proqnozunu aşağı salıb.
"Marja" xəbər verir ki, qlobal ticarət və Brexit məsələlərində atılacaq səhv siyasi addımların qlobal inkişafa çox mənfi təsir edə biləcəyi xəbərdarlığını edən BVF, 2019 və 2020-ci illər üçün müvafiq olaraq 3.2% və 3.5% artım nəzərdə tutur. Hər iki proqnoz Aprel ayındakı proqnozlar ilə müqayisədə 0.1 faiz bənd aşağıdır.
Qurum bu ilə dair proqnozunu dəfələrlə aşağı salıb. BVF keçən il 2019-da iqtisadi artımın 3.9% olacağını gözləyirdi. 3.3 faiz və ya daha aşağı reallaşacaq bir qlobal artım, 2009-cu ildən bu yana qeydə alınan ən zəif artım olacaq.
Eyni zamanda BVF, mal və xidmətlərin qlobal ticarət həcminin artmasına dair proqnozlarını aşağı salıb. Qurum 2019-cu ilə dair proqnozunu 0.9 bənd azaldaraq 2.5%-ə endirib.
Aşağıdakı qrafikdə qurumun mərhələli olaraq aşağı saldığı 2019 təxminləri və müvafiq tarixlər yer alır. Ağ sütun qurumun 2019 və 2020-ci illər üçün ən son proqnozunu göstərir. Mavi Apreldə, narıcı Yanvarda, bənövşəyi Oktyabrda proqnozun aşağı salınmasını göstərir.
Çin üçün endirilib, ABŞ üçün artırılıb
Qurum, Çinin builki artım proqnozunu 6.2%-ə, gələn ilə dair proqnozunu 6%-ə endirib. Hər iki ilin proqnozunu 0.1 bənd azaldıb.
Çində keçən həftə açıqlanan ikinci rüb artım göstəricisi 6.2 faiz idi. Bu 1992-ci ildən bu yana ən yavaş artımdır.
BVF ABŞ-ın 2019-cu ilə dair iqtisadi artım proqnozunu 0.3 bənd l artıraraq 2.6%-ə qaldırıb. Qurum ABŞ üçün 2020 proqnozunu dəyişməyərək 1.9%-də saxlayıb.
ABŞ-da ikinci rübün iqtisadi artım rəqəmləri Cümə günü açıqlanacaq. Ekspertlərin proqnozu inkişafın 3.1%-dən 1.8%-ə gerilədiyi istiqamətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 6 d. əvvəl
-
- 14 d. əvvəl
- 34 d. əvvəl
- 50 d. əvvəl
-
51 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol





.jpg)
.jpg)









.jpg)





