“Bank of Baku”nun xalis mənfəəti 17 dəfədən çox artıb
“Bank of Baku” ASC 2019-cu ilin 1-ci yarısını 32 milyon 287 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 1 milyon 836 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Bank of Baku”nun xalis mənfəəti 17,5 dəfə artıb. Artımın səbəbi əvvəlki illər ehtimal olunan kredit itkiləri üzrə yaradılmış ehtiyatın bir hissəsinin azad olmasıdır. Dövlət büdcəsindən dollar kreditlərinə kompensasiyanın verilməsi problemli kreditləri xeyli həll etmiş və nəticədə bir sıra banklar kimi “Bank of Baku”nun da bu məqsədlə yaradılmış ehtiyatı azad olub.
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-iyun dövrü ilə müqayisədə 2019-cu ilin eyni dövründə “Bank of Baku”nun faiz gəlirləri cüzi artımla 20 milyon 860 min manat təşkil edib. Bank 2018-ci ilin 1-ci yarısında 20 milyon 834 min manat faiz gəlirləri əldə etmişdi.
“Bank of Baku”nun qeyri-faiz gəlirləri isə 2,4 dəfə artaraq 3 milyon 697 min manat təşkil edib. Bank ötən ilin 1-ci yarısında 1 milyon 511 min manat faiz gəlirləri əldə etmişdi.
Cari ilin 1-ci yarısında “Bank o Baku”nun cəmi faiz və qeyri-faiz gəlirləri 24 milyon 557 min manat, cəmi faiz və qeyri faiz xərcləri isə 50 milyon 610 min manat təşkil edib.
Ötən ilin 1-ci yarısında “Bank o Baku”nun cəmi faiz və qeyri-faiz gəlirləri 22 milyon 345 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 45 milyon 552 min manat təşkil etmişdi.
Cari ilin 1-ci rübündə faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlardan azad olmuş 27 milyon 375 min manat və mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlardan azad olmuş 39 milyon 391 min manat daxil olmaqla cəmi gəlirlər 91 milyon 323 min manat, mənfəətdən ödənilən vergilər daxil cəmi xərcləri isə 59 milyon 37 min manat təşkil edib. Nəticədə “Bank of Baku” ilk 6 ayı 32 milyon 287 min manat xalis mənfəət ilə başa vurub.
KAPİTALI 2 DƏFƏDƏN ÇOX ARTIB
30 İyun 2019-cu il tarixində “Bank of Baku” 291 milyon 237 min manat cəmi aktivlərə (o cümlədən 172 milyon 157 min manatı müştərilərə verilən kreditlər), 219 milyon 502 min manat cəmi öhdəliklərə və 71 milyon 735 min manat cəmi balans kapitalına malik olub.
30 İyun 2018-ci il tarixində “Bank of Baku” 299 milyon 459 min manat cəmi aktivlərə (o cümlədən 186 milyon 497 min manatı müştərilərə verilən kreditlər), 261 milyon 712 min manat cəmi öhdəliklərə və 37 milyon 746 min manat cəmi balans kapitalına malik idi.
31 Mart 2019-cu il tarixində isə “Bank of Baku” 270 milyon 630 min manat cəmi aktivlərə (o cümlədən 180 milyon 926 min manatı müştərilərə verilən kreditlər), 238 milyon 530 min manat cəmi öhdəliklərə və 32 milyon 100 min manat cəmi balans kapitalına malik idi. Cəmi balans kapitalının artmasının səbəbi əldə edilmiş mənfəət hesabına yığılmış zərərin tamamilə ortadan qalxmasıdır.
30 İyun 2019-cu il tarixində “Bank of Baku” 56 milyon 480 min manat məcmu kapitala malik olub. Martın sonunda Bankın məcmu kapitalı 18 milyon 705 min manat təşkil etmişdi. Beləliklə, Mayda dollar kreditlərinə kompensasiya ödənildikdən sonra “Bank of Baku”nun məcmu kapitalı minimal tələbi (50 milyon manat) üstələyib.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 13 saat sonra
-
-
2 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
4 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
























