Asiya İnfrastruktur İnvestisiya Bankının üzvlərinin sayı 100-ə çatıb
Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası Benin, Cibuti və Ruandanın banka üzvlük müraciətini təsdiqləyib. Bununla da AİİB-in üzvlərinin sayı 100-ə çatıb.
Bankın Pekindəki mənzil-qərargahından verilən məlumata əsasən, Afrika qitəsinin 3 ölkəsinin banka üzvlük müraciətinə AİİB-in Lüksemburqda keçirilən IV İllik Toplantısında baxılıb. Bu dövlətlər müvafiq ölkədaxili proseduru keçdikdən və müəyyən olunmuş məbləğdə depoziti ödədikdən sonra bankın tamhüquqlu üzvləri olacaqlar.
AİİB-in prezidenti Cin Liçun deyib ki, həmin 3 ölkənin qoşulması ilə bankın üzvü olan dövlətlər dünya əhalisinin 78 faizini, ümumi daxili məhsulun (ÜDM) isə 63 faizini təmin etmiş olacaq.
Qeyd edək ki, AİİB 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılıb. Bank 100 milyard dollar nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir.
Bank fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrə 39 layihəyə, ümumilikdə 7,94 milyard ABŞ dolları kredit ayırıb. AİİB 2016-cı ilin dekabrında TANAP təbii qaz boru kəməri layihəsinə 600 milyon dollar kredit verib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
20 d. əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
-
- 35 d. əvvəl
- 42 d. əvvəl
-
45 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma



























