Gələn il neft qiymətəri üçün təhdid yaranacağı gözlənilir
OPEC, ABŞ-da artmağa davam edən şist nefti hasilatının dəstəyi ilə 2020-ci ildə təklif artıqlığının yaranacağını gözləyir.
Dünya neftinin 30 faizini hasil edən Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) gələn il ehtiyac duyulduğundan gündəlik 560,000 barel əlavə neft hasil olunacağı proqnozunu verib.
ABŞ-da artmağa davam edən şist nefti istehsalı ilə bazarda yenidən artıqlıq təhdidi ortaya çıxıb. OPEC-in rəqibi ABŞ-dan gələcək əlavə təklif, qrupun proqnozuna görə, qlobal neft tələbindən iki dəfə çox artacaq.
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanı və tərəfdaşları ötən həftə Vyanada qlobal iqtisadiyyatdakı yavaşlamanı və rekord səviyyəyə qalxan ABŞ-ın neft hasilatını tarazlaşdırmaq üçün hasilatın azaldılmasını 2020-ci ilin ilk rübünə qədər uzatmaq qərarı veriblər. Hazırda Brent neftin qiyməti 67 dollar ətrafındadır. Bu qiymət, OPEC üzvlərinin böyük qisminin dövlət xərclərini ödəmək üçün ehtiyacları olduğu səviyyələrdən aşağıdır.
OPEC-in Cümə axşamı günü açıqladığı hesabat, hasilatın daha da və ya daha uzun müddət azaldılması lazım olduğuna işarə edir.
Qlobal neft istehlakı 2020-ci ildə gündəlik təxminən 1.1 milyon barrel və ya 1.1 faiz olmaqla builki ilə eyni sürətdə artacaq. Artım Hindistan və Çin kimi inkişaf edən iqtisadiyyatlarla dəstəklənəcək, ancaq inkişaf etmiş ölkələrdəki durğun istehlak bu artımı azaldacaq.
OPEC-ə üzv olmayan ölkələrin neft istehsal isə, ABŞ-da yeni boru kəmərlərinin ölkənin şist nefti istehsalçılarına istehsalı daha da artırmaları üçün imkan yaratması ilə gündəlik 2.4 milyon barel artacaq. ABŞ-dakı bu artım, Braziliya və Norveç kimi digər ölkələrdəki artımlar ilə də dəstəklənəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 6 d. əvvəl
-
- 14 d. əvvəl
- 34 d. əvvəl
- 50 d. əvvəl
-
51 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol






.jpg)









.jpg)





