Bu məhsullar GMO-dur - AQTA açıqladı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dünyada geni modifikasiya olunmuş bitki növlərinin siyahısını açıqlayıb.
"Marja" AQTA-ya istinadən geni modifikasiya olunmuş bitki növlərinin siyahısını da təqdim edir:
1. Pomidor (Lycopersicon esculentum) Kanada, Çin, Meksika, ABŞ;
2. Yemiş (Cucumis melo) ABŞ;
3. Alma (Malus x Domestica) Kanada, ABŞ;
4. Kartof (Solanum tuberosum L) Rusiya;
5. Əkin yoncası (Medicago sativa)
Argentina, Avstraliya, Kanada, Yaponiya, Meksika, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, ABŞ;
6. Lobya (Phaseolus vulgaris) Brazilya;
7. Pambıq (Gossypium hirsutum L.) Argentina, Avstraliya, Brazilya, Qərbi Afrika, Kanada, Çin, Kolumbiya, Efiopiya, AB, Hindistan,Yaponiya, Malaziya, Myanmar, Yeni Zelandiya, Paraqvay, Filippin, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, Tayvan, ABŞ, Svaziland;
8. Badımcan (Solanum melongena) Bangladeş;
9. Kətan (Linum usitatissimum L.) Kanda, Kolumbiya, ABŞ;
10. Qarğıdalı (Zea mays L.) Argentina, Avstraliya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, Kuba, Misir, AB, Honduras, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Panama, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam, Zambiya;
11. Gavalı (Prunus domestica) ABŞ;
12. Raps (Brassica rapa) Kanada;
13 Düyü (Oryza sativa L.) Avstraliya, Kanada, Çin, Kolumbiya, Honduras, Yaponiya, İran, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Cənubi Afrika, ABŞ;
14. Qızıl gül (Rosa hybrida) Avstraliya, Kolumbiya, Yaponiya, ABŞ;
15. Saflor (Carthamus tinctorius L.) Avstraliya;
16. Soya (Glycine max L.) Argentina, Avstraliya, Boleviya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, AB, Hindistan, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Cənubi Aftrika, Cənubi Koreya, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam;
17. Balqabaq (Cucurbita pepo) Kanada, ABŞ;
18. Şəkər çuğunduru (Beta vulgaris) Avstraliya, Kanada, Çin, Kolumbiya, AB,Yaponiya, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Sinqapur, Cənubi Koreya, Tayvan, ABŞ;
19. Şəkər qamışı (Saccharum sp) Brazilya, Kanada, İndoneziya, ABŞ;
20. Şirin bibər (Capsicum annuum) Çin;
21. Tütün (Nicotiana tabacum L.) AB, ABŞ;
22. Yumşaq buğda (Triticum aestivum) Avstraliya, Kolumbiya, Yeni Zelandiya, ABŞ;
23. Kanola (Brassica napus) Avstraliya, Kanada, Çili, Çin,AB, Malaziya, Meksika, Yeni Zelandiya, Filippin, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, Taivan, ABŞ;
24. Qərənfili (Dianthus caryophyllus) Avstraliya, Kolumbiya, AB, Yaponiya, Malaziya, Norveç;
25. Adi kasnı (Cichorium intybus) ABŞ;
26. Sürünən tarlaotu (Agrostis stolonifera) ABŞ;
27. Evkalipt (Eucalyptus sp.) Brazilya;
28. Papaya (Carica papaya) Kanada, Çin, Yaponiya, ABŞ;
29. Petunya (Petunia hybrida) Çin;
30. Qovaq (Populus sp.) Çin.
Agentlikdən verilən məlumata görə, hazırda dünyada istehsal edilən genetik modifikasiya olunmuş bitki növlərinin sayı cəmi 30-dur. Ümumdünya Səhiyyə təşkilatı (ÜST) geni modifikasiya edilmiş bitkilərin istehlakının insan üçün təhlükəsiz olması ilə bağlı bildirir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verilən ölkələrdə heç bir sağlamlığa yönəlmiş əks təsiri aşkar olunmayıb:
"Avropa Komisiyyasının verdiyi məlumata əsasən, 25 il ərzində 500 müstəqil tədqiqat müəssisəsində həyata keçirilmiş 150 tədqiqat layihəsi zamanı GMO – nun təhlükəli olması ilə bağlı heç bir nəticə əldə olunmayıb. Hazırda da dünyanın bir çox ölkəsində GMO istehsalı ilə məşğul olan şirkətlər mövcuddur".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)





