iPhone 11 telefonu 3 kameralı olacaq
Apple-ın 2 ay sonra təqdim edəcəyi yeni iPhone modelləri bağlı yeni görüntülər sızıb. Populyar aksessuar istehsalçısı Ghostek-in sifarişlə almağa başladığı və gələn ay satışa çıxaracağı örtüklərə görə iPhone 11 telefonu 3 kamera ilə gələcək.
Apple-ın sentyabr ayında təqdim edəcəyi gözlənilən yeni iPhone modeli ilə bağlı ən ciddi dizayn məlumatı ortaya çıxıb. "Marja" xəbər verir ki, populyar örtük istehsalçısı Ghostek, iPhone 11-in son halının müəyyən olduğunu və hətta yeni iPhone modelləri üçün xüsusi örtüklərin istehsalına başladığını bildirib.
Ghostek-in istehsal etdiyi örtüklərdən göründüyü kimi iPhone 11 üç arxa kamera ilə gələcək və standart modelin ekranı iPhone XS modelində olduğu kimi 5.8 düym böyüklüyündə olacaq.
3 FƏRQLİ VERSİYA: XI, XI MAX, XIR
Ghostek-in paylaşdığı məlumatlara görə, yeni iPhone 3 versiyadan ibarətdir: iPhone XI (iPhone 11),iPhone XI Max (iPhone 11 Max),iPhone XIR (iPhone 11 R).
Atomic Slim 3 adlı örtük alüminium buferli olacaq. Bu xüsusi örtük yeni iPhone-un arxa kameralarını qorumaq üçün dizayn edilib. Örtük dizaynından da göründüyü kimi iPhone 11 modelində Apple böyüdülmüş kamera modulu istifadə edəcək.
Örtüyün satış qiyməti isə 35 dollar olacaq. iPhone 11 üçün istehsal edilən bu örtüklərin rəng variantları qırmızı, qara və çəhrayı olaraq müəyyən edilib.
"YENİ İPHONE 11-ə UYĞUN OLMASA GERİ QAYTARIN"
Daha əvvəl rəsmi olaraq bazara çıxmadan iPhone XR və Sasmung Galaxy S10 dizaynını da ortaya çıxaran şirkət olan Ghostek iPhone 11 haqqında iddiasını göstərmək üçün istehlakçılara örtüyü 60 gün geri qaytara bilmələri imkanı təklif edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 6 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
14 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)





.jpg)





.jpg)






