Mərkəzi Bank “KPMG Audit Azərbaycan”ın auditor seçilməsinə münasibət bildirib
“KPMG Audit Azərbaycan” MMC Azərbaycan Mərkəzi Bankın (AMB) auditoru seçilib və tenderin nəticələri “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanununa müvafiq olaraq təsdiqlənib.
AMB-dən verilən məlumata görə, “KPMG Audit Azərbaycan” MMC böyük dördlüyə daxil olan KPMG şirkətinin Azərbaycanda fəaliyyət göstərən müstəqil şirkətlər şəbəkəsinin bir üzvüdür və Auditorlar Palatasının tələblərinə və qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərir.
“Mərkəzi Bankın illik fəaliyyətinin auditində yalnız yerli şirkətin nümayəndələri deyil, eyni zamanda beynəlxalq KPMG şirkətinin (Moskva və London ofisləri) digər ölkələrdə fəaliyyət göstərən ofislərində çalışan yüksək kompetensiyalı nümayəndələrinin və partnyorlarının da iştirakı təmin edilir, bir qayda olaraq auditin nəticələri baş ofis tərərfindən təsdiqləndikdən sonra qüvvəyə minir və ictimaiyyət üçün açıqlanır”, - deyə AMB-dən bildirilib.
Qeyd edək ki, “KPMG Audit Azərbaycan” 2019-2021-ci illər üzrə Azərbaycan Mərkəzi Bankın maliyyə hesabatının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun auditini aparacaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 14 saat sonra
-
-
1 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
3 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
























