Tanınmış iş adamı qəzaya düşdü - YENİLƏNİB
Qəzaya düşmüş iş adamı "Hacı Mazan " təcili yardım avtomobili ilə paytaxt xəstəxanalarından birinə köçürülüb.
Məlumata görə, onun idarə etdiyi avtomobilinin təkəri partlayıb və avtomobil yük maşını ilə toqquşub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Range Rover" markalı minik avtomobilinin aşması nəticəsində 1959-cu il təvəllüdlü Ramazan Hüseyn oğlu Zeynalov və 1987-ci il təvəllüdlü Rəşad Ramiz oğlu Kərimov xəsarət alıb.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ramazan Zeynalov "Hacı Mazan" ləqəbi ilə tanınır. O, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Allahşükür Paşazadənin yaxın qohumudur. Hacı Mazan iş adamıdır.
***
Səhiyyə Nazirliyi bu gün qəzaya düşən iş adamı Hacı Mazanın səhhəti ilə bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Hacı Mazan sağ budun sınığı və qapalı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.
Xəstə yaxınları öz istəkləri ilə onu xəstəxanadan çıxararaq paytaxt xəstəxanalarından birinə aparıblar.
***
Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hadisənin “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.
***
Məlumata görə, Hacı Mazan hazırda Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında reanimasiyadadır.
Onun yanına heç kəs buraxılmır və bu saatlarda xüsusi təcili yardım avtomobili ilə Bakıya gətiriləcəyi gözlənilir.
***
İş adamı çənə, bud nahiyyələrindən ciddi sınıq xəsarətləri alıb.
Hadisə isə Bakı-Astara yolunda, Biləsuvar ərazisindəki körpünün yaxınlığında baş verib.
***
Hacı Mazan bu dəqiqələrdə xüsusi təcili yardım maşını ilə Bakıya göndərilib.
***
Qəza ilə bağlı yeni detal məlum olub. Belə ki, Hacı Mazanın olduğu “Range Rover” 1990-cı il təvəllüdlü Fətəliyev Seyran Kərim oğlunun idarə etdiyi "MAN" markalı yük avtomobili ilə toqquşub.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Qafqazinfo”, Virtualaz, "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur











.jpg)






