Sığorta şirkətləri müştərilərin tarixçəsinə baxa biləcəklər
“Azərbaycanda sığortalıların anderraytinqinin həyata keçirilməsi, onlarla bağlı riskıərin qiymətləndirilməsində əsas boşluqlardan biri sığortalıların reyestrinin olmamasıdır”.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Bakıda keçirilən "Azərbaycanda Sığorta Bazarı: trendlər və imkanlar" adlı IX Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2019) bildirib.
“Kreditləşmə zamanı müştərilərin ödəmə qabiliyyətinin edilməsi üçün mərkəzləşdirilmiş kredit reyestri, eləcə də özəl kredit bürösu var. Burada müştəriyə reytinq verilir. Təəssüf olusn ki, sığorta sektorunda hələ ki, belə bir reyestrimiz yoxdur. Amma bu reyestrin formalaşdırılması üçün model seçilib, texniki şərtlər müəyyənləşdirilib. Düşünürük ki, bu reyestr formalaşdırıldıqdan sonra sığorta sektorunda şəffaflıq təmin ediləcək, çünki sığorta şirkətləri müştərilərini seçən zaman onların tarixçəsinə baxa, sığortalıların nə dərəcədə məsuliyyətli olduqlarını müəyyənləşdirə biləcəklər. Bu sığorta şirkətlərinin risklərinin idarə edilməsi üçün böyük əhəmiyyət kəsb edir”, - deyə o, qeyd edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
12 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
12 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























