Lombard kreditinə müddət məhdudiyyəti qoyuldu
Lombardların ayırdığı kreditlərin müddətinə məhdudiyyət tətbiq ediləcək.
"Marja" Milli Məclisdə təsdiq edilmiş “Lombardlar haqqında” yeni qanuna istinadən xəbər verir ki, lombardlar maksimum 12 ayadək və Manatla kredit ayıra biləcəklər.
"Lombard tərəfindən kreditlər Azərbaycan Respublikasının milli valyutasında on iki aydan artıq olmayan müddətə verilir",- qanunun 10-cu maddəsində yazılıb.
Qeyd edək ki, hazırda lombardlar əhaliyə 24 ayadək kreditlər təklif edirlər.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTİN MAKSİMUM MİQDARI MÜƏYYƏN EDİLƏCƏK
Lombardın maliyyə sabitliyini təmin etmək məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası prudensial normativləri və tələbləri müəyyən edəcəkdir. Həmin tələblər müştərilərə verilən kreditin maksimum miqdarını, lombard tərəfindən kapitalın formalaşdırılmasını, qəbul edilmiş daşınar əşyaların lombardın kapitalına olan nisbətini əhatə edəcəkdir.
HƏMÇİNİN OXU:Lombardlar haqqında qanun - TAM MƏTN
Lombard öz fəaliyyəti dövründə nizamnamə kapitalını (əmlakını) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən minimum miqdardan az olmayan səviyyədə təmin etməlidir.
İyunun 27-də “Lombardlar haqqında” yeni qanun layihəsi Milli Məclisdə birinci oxunuşa təqdim edilib. Bildirilib ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında dövlət başçısı İlham Əliyev tərəfindən təqdim olunub. 6 fəsil və 32 maddədən ibarət olan qanun layihəsinin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 15-ci və 27-ci bəndlərinə uyğun olaraq hazırlandığı qeyd olunub. Qanun layihəsində lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlanmaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarət ilə bağlı münasibətləri tənzimləyir. Qanun layihəsi səsvermə yolu ilə təsdiq edilib.
HƏMÇİNİN OXU:Lombardlar üçün minimum kapital miqdarı müəyyən ediləcək
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)











.jpg)




