Palata bank sektorunun yeni göstəricilərini açıqladı
31 may 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 654.4 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 161.6 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 492.8 milyon manat olub.
Bunlar Maliyyə Bazarlarına Nəzarət Palatasından "Marja"ya daxil olmuş məlumatda bildirilir.
AKTİVLƏR
Məlumatda qeyd edilib ki, May ayına sektorun aktivlərinin 43.4%-ni kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 1.5% (186.6 milyon manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12 milyard 861.4 milyon manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər üzrə artım olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 2.1% (170.4 milyon manat) artaraq 8 milyard 264.3 milyon manata çatıb.
ÖHDƏLİKLƏR
2019-cu ilin may ayında fiziki şəxslərin əmanətləri 8 milyard 527.6 milyon manat təşkil edib. May ayında milli valyutada olan əmanətlər 1.3% (47.7 milyon manat) artıb.
Hüquqi şəxslərin cəmi depozitləri may ayında 0.3% (29.1 milyon manat) artaraq 10 milyard 205.5 milyon manata çatıb.
Ay ərzində müddətli depozitlər 18.5% (319.0 milyon manat) artaraq 2 milyard 46.7 milyon manat təşkil etmişdir. Milli valyutada olan depozitlər 3.3% (128.0 milyon manat) artaraq 3 milyard 971 milyon manata çatıb. Xarici valyutada olan müddətli depozitlər 22.1% (331.8 milyon manat) artaraq 1 milyard 836.5 milyon manata çatmışdır.
BALANS KAPİTALI
Sektorun balans kapitalı may ayı ərzində 1.7% (73.1 milyon manat) artaraq 4 milyard 492.8 milyon manata çatıb.
MƏNFƏƏT VƏ ZƏRƏR
May ayında bankların əməliyyat mənfəəti 20.3% (58.5 milyon manat) artaraq 346.9 milyon manat, xalis mənfəəti isə 325.8 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.6%, kreditlər üzrə faiz gəlirləri isə 18.4% artıb.
ÜMUMİMƏLUMATLAR
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,568 olub. Bank sektorunun işçi heyətinin sayında artım may ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin may ayında işçi sayı 1.2% (209 nəfər) artaraq 18 min 191 nəfər təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır























.jpg)
