Kritik Fed toplantısından nə gözlənilir?
ABŞ Mərkəzi Bankı (Fed) iki günlük İyun toplantısının ardından bu gün siyasət qərarını verəcək.
"Marja"nın məlumatına görə, analitiklər bildirirlər ki, zəif inflyasiya, pisləşən iqtisadi artım və ABŞ ticarət siyasəti qeyri-müəyyənliyi ABŞ Mərkəzi Bankını faiz endirməyə məcbur edə bilər. Fed bu gün faizin endirilməsi barədə qərar verməsə də, böyük ehtimalla İyul və ya Sentyabr iclasında faiz endirəcəkdir.
İnvestorlar Fed-in faiz endiriminə hazır olduğunu göstərməsi üçün bəyanatına və mətbuat konfransına fokuslanacaqdır.
Fed-in gələcək yığıncaqlarda faiz endirimi üçün siqnal verib-verməyəcəyi diqqətlə izləniləcək.
ING analitikləri, "Ticarət gərginliyinin artması ehtimal olunarkən, Fed bu yığıncaqda bazar gözləntilərini təsdiqləyərək faiz endirimlərinin ola biləcəyinə dair siqnal verə bilər" ifadəsini istifadə ediblər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Analitiklər, Fed-in 2018-ci ildə 4 dəfə faiz artdığını, bu il isə daha ehtiyatlı mövqedə qaldığını ifadə edərək, "Prezident Trampın digər ölkələrlə ticarət mövzusundakı anlaşılmazlıqlarının iqtisadi təsirlərinə dair narahatlıqlar, iqtisadi artımda aşağı istiqamətli risklərin davam etdiyinə işarə edir. Fed-in faiz endirimlərinin yaxın olduğu siqnalı verəcəyini gözləyərik. Bazarlar İyulda 25 bənd və gələcək 12 ayda da 3 dəfə faiz endirimi gözləyir",- qeyd ediblər.
Fed faiz qərarını bu gün Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq. Saat 22:30-da Fed sədrinin mətbuat konfransı başlayacaqdır.
Fed-in faizi 2,50% səviyyəsindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





