Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR-ın Antipinsk zavodunda investor kimi iştirakı ilə bağlı qısa zamanda qərar veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-ın Antipinsk zavodunda investor kimi iştirakı ilə bağlı qısa zamanda qərar veriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyanın Tümen vilayətində yerləşən Antipinsk Neft Emalı Zavodunda investor kimi iştirak edib-etməməsi barədə qərar qısa zamanda veriləcək".

 

Bunu Sankt-Peterburqda SOCAR-ın Rusiyadakı törəməsi “SOCAR Rus”un baş direktoru Fərid Cəfərov bildirib.

 

O deyib ki, hazırda SOCAR instutsional tərəfdaş kimi iştirak edir, layihənin dəyərləndirilməsi proseduru həyata keçirilir: “Qısa zaman ərzində layihədə iştirak edib-etməmək barədə qərar veriləcək”.

 

Xatırladaq ki, zavoda nəzarət edən Rusiyanın "Sberbank"ı bəyan edib ki, SOCAR yerli törəməsi "SOCAR-Enerqoresurs" şirkəti vasitəsilə zavodun səhmlərinin 80%-ni əldə edib. Bununla da “Sberbank”la birlikdə bir neçə investor həm zavoda, həm də onun xammal bazasını təşkil edən Orenburq vilayətindəki yataqlara nəzarəti ələ keçirib. Hazırda zavodun yeni sahiblərinin qarşısında əsas məsələ onun fasiləsiz fəaliyyətini təmin etmək, Rusiya və xarici bazarlara neft məhsulları tədarük etmək, federal və yerli büdcəyə vergi ödəməkdir.

 

SOCAR təsisat ekspertizasını və əməliyyat idarəçiliyini həyata keçirməklə bu layihəni dəstəkləyir.

 

Məşhur “Forbes” nəşrinin 2016-cı ildə açıqladığı reytinqə görə, Antipinsk Neft Emalı Zavodu əldə etdiyi mənfəətin məbləğinə görə, Rusiyada özəl müəssisələr arasında 43-cü yeri tutub. Zavod ildə 9 milyon tondan çox emal gücünə malik olub, onun istehsal etdiyi dizel yanacağı "Euro-5" standartına uyğundur. 2016-cı ildə burada yeni emal qurğusunun işə salınması ilə mazut emalının səviyyəsi 98%-ə çatdırılıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report 

08.06.2019 11:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ