"Artan himayəçilik təhdidi və digər faktorlar faiz artırmağa imkan vermir"
Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draghi, iqtisadi şərtlərin normal olmaqdan çox uzaq olduğunu bildirərək, "Artan himayəçilik təhdidi və digər faktorlar faiz nisbətlərində hər hansı bir artıma imkan vermir", - deyib.
"Marja" xəbər verir ki, dünən Mario Draghi, AMB-nin faiz qərarının açıqlanmasının ardından təşkil edilən mətbuat konfransında çıxış edib.
Bu ilin birinci rübdə məlumatların gözləniləndən yaxşı gəldiyini deyən Draghi, buna baxmayaraq geo-siyasi qeyri-müəyyənliklərin, getdikcə artan himayəçilik (proteksionizm) təhdidinin və bazarlardakı kövrəkliklərin Avro Bölgəsinin iqtisadiyyatlarına təzyiq etdiyini qeyd edib.
Həmçinin Draghi, Avro Bölgəsində daha çox məşğulluq ilə artan işçi maaşlarının, bölgə iqtisadiyyatının müqavimətini və inflyasiyanı dəstəkləməyə davam etdiyini izah edib.
AMB İdarə heyətinin mənfi iqtisadi vəziyyətlərdə hərəkətə keçməyə qərarlı olduğunu ifadə edən Draghi, "İnflyasiya hədəfinə çatmaq üçün bütün vasitələri istifadə etməyə hazırıq" deyib.
Draghi, Avro Bölgəsində "deflyasiya" ehtimalının olmadığını, "durğunluq" ehtimalın da çox aşağı olduğunu dilə gətirib.
Draghi, "Hazırkı maliyyə şərtlərini qorumaq məcburiyyətindəyik" ifadəsini istifadə edib.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
Dünən AMB faiz nisbətlərini dəyişmədi, pul siyasəti faizini sıfırda, depozit faizini mənfi 0,40 faizdə və marjinal maliyyələşmə faizini də 0,25%-də saxladı.
AMB-nin İdarə Heyəti, faiz nisbətlərinin, heç olmasa 2020-ci ilin ortalarına qədər və inflyasiya hədəfi olan 2 faiz təmin olduğu müddətcə mövcud səviyyələrdə qalacağını nəzərdə tutur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























