Araşdırma aparılacaq və ölçü götürüləcək
Paytaxtda bayram yarmarkaları üçün quraşdırılan çadırlar bir neçə gündür fəaliyyətə başlayıb. Əsasən, metro stansiyalarının yaxınlığında quraşdırılan çadırlar bayram məhsullarının - səməni, qoz-fındıq, müxtəlif çərəzlərin, bayram şirniyyatlarının satılması üçün nəzərdə tutulub. Bu çadırların fəaliyyətində əsas məqsəd bayram məhsullarının əhaliyə nisbətən ucuz qiymətə satılmasıdır.
Lakin bəzi çadırlarda, demək olar, Novruz bayramına aid heç bir məhsul satılmır. Məsələn, metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında quraşdırılan yarmarka çadırında satılanlar heç gündəlik tələbat malları da deyil. Burada əsasən qab-qacaq, müxtəlif növ güllər, oyuncaqlar, hədiyyələr satılır.
Çadırın Novruz bayramı yarmarkası olduğunu təsdiqləyən yeganə məhsulun - səməninin qiymətinə gəlincə, bazarlarda 50 qəpiyə satılan kiçik ölçülü səməni bu bazar çadırında 1 manata, nisbətən böyük ölçülü səməni isə 2 manata satılır.
Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bu cür hallarla bağlı təmsil etdiyi qurumun mübarizə apardığını bildirib.
Onun sözlərinə görə, həmin yarmarka çadırlarında bayram məhsullarından başqa malların satılması qadağandır:
"Bu məsələ ilə bağlı departament rəhbərliyi tapşırıq verib və həmin çadırlara da nəzarət edilir. Bu çadırları quraşdırmaqda məqsəd odur ki, Novruz ərəfəsində əhali bayram ədviyyatlarını, çərəzləri, bayram atributlarını nisbətən ucuz qiymətə alsın. Yəni bazarda satılan hər hansısa bir çərəz bu yarmarkalarda, məsələn, 2 manat ucuz satılmalıdır ki, əhali də bundan razı qalsın".
Ə.Bağırov bildirib ki, məsələ ilə bağlı departament tərəfindən araşdırma aparılacaq və ölçü götürüləcək.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 d. əvvəl
- 8 d. əvvəl
-
- 21 d. əvvəl
- 23 d. əvvəl
-
36 d. əvvəl
AccessBank yenidən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında
-
46 d. əvvəl
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
- 47 d. əvvəl
-
56 d. əvvəl
İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb
-
1 saat əvvəl
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
-
1 saat əvvəl
Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Tramp: İrana silah satan ölkələrə 50% rüsum tətbiq ediləcək
Atəşkəsdən sonra Hörmüzdən ilk gəmi keçdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"NORM" ən çox vergi ödəyən sement istehsalçısıdır
İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb
Ən çox oxunanlar
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
PAŞA Bank Biznes tətbiqi yeniləndi
FHN: Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti olmayıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib
TƏBİB-in Müşahidə Şurasının yeni tərkibi formalaşdırıldı


















